• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Almaniyanın "Hertie" İdarəçilik Məktəbi təqaüd proqramı elan edir

Almaniyanın “Hertie” İdarəçilik Məktəbi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Doktorantura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti üç ildir. Tədris dili ingilis dilidir. Proqramda iştirak etmək istəyənlər üçün 31 yanvar 2021-ci il son müraciət tarixidir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

6 145 653 dərs "Virtual məktəb"də

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 13-19 dekabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 380 657, müəllimlərin sayı 127 104, aktiv istifadəçi sayı 1 039 694, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6 145 653 təşkil edib.

"Virtual məktəb"də milli qiymətləndirmə

Dekabrın 19-da  “Virtual məktəb”də əsas məqsədi  IV, VI və IX sinif şagirdləri arasında keyfiyyət göstəricilərini müəyyən etmək olan onlayn milli qiymətləndirmə təşkil edilib.  “Microsoft Teams” platforması üzərindən təşkil olunan budəfəki qiymətləndirmədə ümumi təhsil pilləsində keyfiyyət göstəriciləri ilə yanaşı, elektron sistemin imkanları da texniki olaraq dəyərləndirilib. Bir daha qeyd olunmalıdır ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədrsi ili ərzində mütəmadi təşkil olanacaq. Texniki səbəblərdən sözügedən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək. Bu barədə ictimaiyyət məlumatlandırılacaqdır. Qeyd edək ki, mövcud şərait nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyasının qərar layihəsi artıq hazırlanıb. Hazırda layihə üzrə rəy və təkliflər toplanılır. Bununla bağlı tezliklə geniş məlumat veriləcək.

“Qəhrəmanını tanı” devizi altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Təhsil Nazirliyinin “Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində “Qəhrəmanını tanı” devizi altında onlayn şəkildə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd gənclərə vətənpərvərlik hissinin və vətəndaşlıq mövqeyinin aşılanması, tariximizə, milli-mənəvi dəyərlərə hörmət hissinin təbliği, torpaqlarımızın azadlığı uğrunda igidlik nümunəsi göstərmiş qəhrəmanlarımızın tanıdılması, şagirdlərdə intellektual səviyyəni, dünyagörüşünü stimullaşdırmaq və peşə təmayüllü siniflər arasında ünsiyyət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir. İntellektual oyunda respublika üzrə 25 məktəb iştirak edib. Nəticələrə əsasən, I yeri Bakı şəhəri 234 nömrəli tam orta məktəbin “Qarabağ” komandası, II yeri Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Yurd” komandası, III yeri Neftçala rayonu Xıllı 1 nömrəli tam orta məktəbin peşə siniflərindən ibarət komandası tutub. Qaliblərin Fəxri Fərman və xatirə hədiyyələri ilə mükafatlandırılması nəzərdə tutulub. Qeyd edək ki, “Qəhrəmanını tanı” devizi altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Günün tarixi

21 dekabr görkəmli şərqşünas, tarixçi, Əməkdar elm xadimi Ziya Bünyadovun doğum günüdür.

"Dərs vaxtı"nın 21 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 21-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Həftənin təhsil icmalı

Məişət zorakılığı və uşaq hüquqları mövzusunda videokonfrans

Dekabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasından irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar dövlət orqanları və digər qurumların nümayəndələrinin iştirakı ilə videokonfrans formatında tədbir keçirib.         Dövlət Komitəsinin sədri Bahar Muradova konfrans mövzusunun çox aktual olduğunu vurğulayaraq pandemiya və hərbi vəziyyət şəraitində ölkə əhalisinin sosial-iqtisadi vəziyyətini, təhlükəsiz həyatını və hüquqlarının qorunmasını diqqətdə saxladığının bariz nümunəsi kimi adıçəkilən sənədlərin  qəbuluna görə ölkə Prezidentinə təşəkkürünü bildirib, həmçinin videokonfrans iştirakçılarını Vətən müharibəsininin uğurla başa çatması və Zəfər bayramı münasibətilə təbrik edib. Baş nazirin müavini Əli Əhmədov çıxış edərək dövlət siyasətində uşaqlara qayğı, uşaq hüquqlarının qorunması, təhsil alması, sağlam böyüməsi və həyata hazırlanması üçün geniş proqramın mövcud olduğunu və həmin proqramın həyata keçirilməsi üçün bir sıra dövlət qurumlarının sistemli şəkildə fəaliyyət göstərdiyini qeyd edib. Uşaqlarla bağlı cəmiyyətdə mövcud olan problemlərə toxunan Əli Əhmədov qeyd edib ki, qəbul olunmuş sənədlərin həyata keçirilməsi ardıcıl surətdə mövcud olan problemlərin aradan qaldırılmasını təmin etmiş oldu. Daha sonra qeyd edilən sənədlərdən irəli gələn məsələlərlə bağlı çıxış edən Bahar Muradova vurğulayıb ki, Məişət zorakılığı Milli Fəaliyyət Planı məlumatlandırma və maarifləndirmə tədbirlərinin, habelə zorakılığa yol verilməməsinin  təşviqi, zərər çəkmiş şəxslərin aşkarlanması və erkən identifikasiyası, bu şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması, məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiə sisisteminin formalaşdırılması və digər tədbirləri özündə ehtiva edir. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” haqqında məlumat verən Komitə sədri bildirib ki, Strategiyada məqsəd ölkə üzrə uşaqların müdafiə sistemini Konstitusiyamızın tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan ibarətdir. Diqqətə çatdırıb ki, uşaqların müdafiəsi və inkişafı, hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Bu gün Azərbaycan əhalisinin 26.2 faizini uşaqlar təşkil edir. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edən uşaqlara dair strategiyanın icrasını təmin etmək üçün iclasda iştirak edən qurumların nümayəndələri ilə cari ilin iyul-avqust aylarında birgə hazırlanmış birinci Fəaliyyət Planı olduğunu qeyd edərək sənədin məqsədinin uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizmlərin formalaşması və aidiyyəti orqanların (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsi olduğunu vurğulayıb. O, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın bəndləri üzrə məlumatların vahid platformada toplanılması və elektronlaşdırılmasının vacibliyini qeyd edərək əlavə edib ki, bu, icraçı qurumlara vahid platforma üzərindən müvafiq məlumatların daha çevik formada ötürülməsi işində vacib rol oynayacaq. İnsan hüquqlarının müdafiəsi və məişət zorakılığının qarşısının alınması istiqamətində güclü qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdıran Ombudsman Səbinə Əliyeva bildirib ki, qadın və uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, Fəaliyyət Planlarında Ombudsmanın icrası üçün nəzərdə tutulmuş bəndlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində bundan sonra da hərtərəfli iştirak təmin ediləcək. Təhsil nazirinin müavini Firudun Qurbanov bildirib ki, uşaqların inkişaf strategiyası ilə bağlı qəbul edilən milli fəaliyyət planı çox böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Təhsil Nazirliyi hər iki milli fəaliyyət planının icrası istiqamətində artıq fəaliyyətə başlayıb. Nazir müavini qeyd edib ki, ölkəmizin təsil sistemində təxminən 2 milyon uşaq və gəncin təhsil aldığını nəzərə alaraq nazirlik qeyd olunan sənəd üzrə öz öhdəsinə düşən məsuliyyəti dərk edir və həyata keçirilməsi istiqamətində lazım olan bütün addımları atacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev çıxışında məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi istiqamətində nazirlik tərəfindən görülən işlər və akkreditasiya olunmuş yardım mərkəzlərinin yaradıldığını qeyd edərək, bu mərkəzlərin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxışında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər iki Fəaliyyət Planı ciddi şəkildə təhlil olunmuş və müəyyən edilən müvafiq bəndlər mütləq vəzifə kimi qəbul edilib. Yekun nitqi ilə çıxış edən Baş nazirin müavini Əli Əhmədov, ölkə Prezidenti tərəfindən təsdiqlənmiş sənədlərin icrasını ciddi şəkildə həyata keçirilməsi və icra prosesi ilə əlaqədar təklif və tövsiyələrini səsləndirib, faydalı müzakirə üçün videokonfrans iştirakçılarına təşəkkür edib.

"Könüllülüyün BİR açarı" layihəsində 100-dən çox tələbə-könüllü iştirak edib

 “Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Könüllülüyün BİR açarı” adlı layihə başa çatıb. Tələbə-könüllülərin dünyagörüşünün artırılması, intellektual düşünmə qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilən layihədə 19 ali və orta ixtisas təhsili müəssisəsindən 100-dən çox tələbə-könüllü yarışıb. “Könüllülüyün BİR açarı” adlı onlayn kvestdə intellektual suallar Qarabağa, tarixi qələbəyə həsr olunub. Onlayn şəkildə keçirilən layihədə suallara verilən cavablardan qazanılan xallara əsasən, I yerə “Victory”, II yerə “Diamond”, III yerə “Game over” komandasının tələbə-könüllüləri layiq görülüb. Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 24 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.   

"Qarabağın məşhur müəllimləri" - Cəfər Əhmədov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Kəlbəcərdə təhsilin əsasını qoyanlardan biri, istedadlı pedaqoq  Cəfər Əhmədovdur. O, 1890-cı ilin aprel ayında Laçının Minkənd kəndində anadan olub. Minkənd 2 illik rus-tatar məktəbini, Gorus gimnaziyasını başa vurduqdan sonra Laçının bir çox ucqar kəndlərində müəllimlik edib. Daha sonra Kəlbəcərin Qamışlı, Seyidlər, Yanşaq, Zəylik, Ağcakənd kəndlərində müəllim olaraq çalışıb. Hər kəsə “Bala, gələcəyiniz yalnız elmdə, təhsildədir”, deyən Cəfər müəllim ömrünün sonunadək Kəlbəcər maarifinin inkişafına xidmət edib. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır