"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsi
“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı onlayn respublika müsabiqəsinə müraciətlərin qəbulu davam edir. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə 16 noyabr 2020-ci il – mart 2021-ci il tarixlərini əhatə edir. Müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə öz qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu işin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir. Müsabiqə 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilir. 18-20 yaş arası gənclərin də müsabiqəyə qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak edə və seçdiyiniz nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim edə bilərsiniz. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır. Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə 30 dekabr 2020-ci il tarixinə kimi qarabagasiqseneti@gmail.com elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər. Qeyd edək ki, müsabiqənin qalibləri növbəti ilin mart ayında elan olunaraq diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.
08/12/2020 09:26
"Dərs vaxtı"nın 8 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 8-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
08/12/2020 08:10
"Virtual təhsilə dəstək" mövsuzunda onlayn tədbir keçirilib
“Virtual məktəb” layihəsinə dəstəyin təşviqi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən özəl sektorun iştirakı ilə onlayn tədbir keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və 20-dən çox şirkətin rəhbər və rəsmi nümayəndələri iştirak ediblər. Nazir müavini Məhəbbət Vəliyeva ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in məqsədi və imkanları barədə məlumat verib. Nazir müavini qeyd edib ki, hazırda layihə üzrə platformada ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Bununla yanaşı, layihənin əhatə dairəsi hər gün genişlənsə də, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən təhsilalanlar və təhsilverənlər distant tədrisə qoşulmaqda çətinliklərlə üzləşirlər. Məhəbbət Vəliyeva bu kimi problemlərin qismən aradan qaldırılması üçün dövlət və özəl qurumlar arasında davamlı tərəfdaşlığın qurulmasının əhəmiyyətli olduğunu vurğulayıb. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Virtual məktəb” barədə geniş təqdimatla çıxış edərək platformanın üstünlükləri və mövcud yeniliklər barədə danışıb. Eyni zamanda bildirilib ki, platforma özəl və dövlət sektor nümayəndələri ilə əməkdaşlığa açıqdır və artıq bir sıra qurumlarla səmərəli əməkdaşlıq qurulub. Belə ki, layihə çərçivəsində "Azercell" şirkəti 30 000 müəllim, "AzEduNet" şirkəti isə 10 000 müəllim üçün aylıq internet paketləri təmin edib, "BestComp" şirkəti 1000 kompüter ianə edərək cəbhəyanı təhsil müəssisələrində internet kompüter mərkəzlərinin yaradılmasına dəstək verib. "Enginet", "Bakcell" və "İTE" şirkətləri müəllimlər üçün xüsusi endirimli internet bağlantısı tarifi təqdim edib. "Crocussoft", "Unibank" və "İnteqral" şirkətləri isə bu yaxınlarda uzun müddətli kredit şərtləri və endirimli qiymətlərlə təhsilalanlar və təhsilverənlər üçün avadanlıq həlləri təqdim edəcəklər. İdarə rəisi layihə üzrə Təhsil Nazirliyinin digər maraqlı şirkətlərlə də əməkdaşlığa açıq olduğunu bildirib. Daha sonra layihə çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tədbir iştirakçıları ilə müzakirələr aparılıb.
07/12/2020 15:32
Peşə təhsili üzrə teledərslərin 8 dekabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 8 dekabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
07/12/2020 14:18
"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!" müsabiqəsi davam edir
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsi davam edir. Müsabiqənin keçirilməsində əsas məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, uşaqlarda və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarətdir. Müsabiqə dekabrın 31-dək davam edəcək. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulur. Müsabiqəyə 18-28 yaşarası gənclərin də qoşulması mümkündür. İştirakçılar bir nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rus və ingilis dillərində hazırlaya bilərlər. İşlər hazırlanarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır: - Essenin başlığı olmalıdır. Bir A4 səhifəsindən çox olmamalı, çap formatında göndərilməlidir. - Şeirlərin başlığı olmalıdır və 40 misradan çox olmamalıdır. Şeirlər çap formatında göndərilməlidir. - Mahnı 4 dəqiqədən çox olmamalıdır. Mahnılar melodiyaya, bəstəyə, özünəməxsusluğa və sözlərə (lazım olduqda) əsasən qiymətləndiriləcək. Yazının keyfiyyəti nəzərə alınmır. Mahnının sözləri çap şəklində göndərilməlidir. - Nitq nominasiyası üzrə 3 dəqiqədən çox olmayan çıxışlar, video və ya audioformatda göndərilməlidir. Çıxışın mətni çap şəklində göndərilməlidir. Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) əlavə edərək, hazırladıqları işlə birgə shushacompetition@gmail.com ünvanına göndərməlidir. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 902-38-56 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər. Qaliblərin adları növbəti ilin yanvar ayında açıqlanacaq, onlar diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
07/12/2020 14:17
Apellyasiya Şurasının onlayn iclası keçirilib
Dekabrın 4-də Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti onlayn iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Maliyyə şöbəsinin Maliyyə sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər İsgəndər Ağakişiyev və Könül Yusiflinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Maliyyə və mühasibatlıq sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizədlər Aydan Məmmədova və Əli Abdulovun, Goranboy Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinə namizədlər Samir Əliyev və Ucal Ələkbərovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 2 nəfərin şikayətinin təmin olunması, 3 nəfərin şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub. Apellyasiya Şurasına müraciət edən 1 namizəd isə ərizəsini geri götürdüyü üçün şikayəti üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilib.
07/12/2020 13:45
"Qarabağ Azərbaycandır!" şahmat üzrə onlayn beynəlxalq turnir başa çatıb
5-6 dekabr 2020-ci il tarixlərində Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən “Qarabağ Azərbaycandır!” şahmat üzrə onlayn beynəlxalq turnirə yekun vurulub. Turnirdə Avropanın 15, Asiyanın 13, Afrikanın 1, Şimali Amerikanın 1, Cənubi Amerikanın 3 olmaqla ümumilikdə 33 ölkədən 160 iştirakçı, o cümlədən dünyanın 17 yaşadək top şahmatçılarından 5 Beynəlxalq Qrossmeyster, 10 Beynəlxalq Usta, 17 Fide Ustası, 26 Ustalığa Namizəd mübarizə aparıb. Ölkəmizi bu turnirdə dünya və Avropa birinciliklərinin qalibləri olmaqla ümumilikdə 51 şahmatçı təmsil edib. "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən beynəlxalq yarışın qalibi həmyerlimiz Xəzər Babazadə olub. O, turnirin final mərhələsində 11 oyundan 8,5 xal toplayaraq I yeri tutub. II yerə 17 yaşadək şahmatçılar arasında dünyanın ən yüksək reytinqli şahmatçısı, Özbəkistan təmsilçisi Nodirbek Abusattarov, III və IV yerlər üzrə eyni xal toplamalarına baxmayaraq, əlavə əmsallara görə III yerə Belarusiyalı şahmatçı Denis Lazavik, IV yerə həmyerlimiz Əhməd Əhmədzadə layiq görülüb. Turnirin əsasnaməsinə uyğun olaraq “Ən yaxşı azərbaycanlı oyunçu” nominasiyasında I yerin sahibi (ümumi hesabda VI) Aydın Süleymanlı, II yerin sahibi (ümumi hesabda IX) Məhəmməd Muradlı, III yerin sahibi (ümumi hesabda XV) Şiroğlan Talıbov olub. 12 yaşadək şahmatçılar arasında Türkiyə təmsilçiləri Ediz Gürəl I, Bora Yarar II, həmyerlimiz Cahandar Azadəliyev III yeri tutub. Qızlar arasında Qazaxıstan təmsilçisi Assel Lezbekova I yerə, həmyerlimiz Mələk İsmayıl II yerə, Gürcüstan şahmatçısı Pipiya Yekaterina III yerə layiq görülüb. Turnirin əsasnaməsinə uyğun olaraq qaliblərə diplom və pul mükafatı təqdim olunacaq. www.chess.com internet portalı üzərindən təşkil olunan turnirin oyunları "Youtube" kanalı üzərindən canlı olaraq şərh edilib. Turnir haqqında geniş məlumat həftəiçi “İdman Azərbaycan” kanalında “Şahmat klubu” verilişində veriləcək. Qeyd edək ki, onlayn platforma üzərindən təşkil olunan “Qarabağ Azərbaycandır!” şahmat üzrə onlayn beynəlxalq turnirinin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qeyd edilməsi, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət olub. Turnirin seçmə və final mərhələsi üzrə oyunları: https://youtu.be/nNjz_2O2ZIc https://youtu.be/zPUGzrhUQVg
07/12/2020 12:30
5 731 300 dərs "Virtual məktəb"də
Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 29 noyabr- 4 dekabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 348 405, müəllimlərin sayı 125 688, aktiv istifadəçi sayı 972 867, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 5 731 300 təşkil edib.
07/12/2020 11:39
"Qarabağın məşhur müəllimləri" - Tofiq Hacıyev
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması görkəmli alim, "Şöhrət" ordenli Tofiq Hacıyevdir. Dilçi, türkoloq-alim, Azərbaycanın maarif naziri vəzifəsində çalışmış Tofiq Hacıyev 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Tofiq Hacıyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında nüfuzlu dilçi alim kimi tanınıb. Akademik Tofiq Hacıyevin həyat yoluna nəzər saldıqda onun milli təəssübkeş ziyalı, təpədən dırnağa qədər əsl elm adamı olduğunu görürük. Sağlığında ədəbi məktəb yaratmış alimlərdəndir. Tofiq Hacıyev müəllim- pedaqoq kimi də sevilib. Türkiyəli alim Yavuz Donat "Hocaların hocası" məqaləsində akademik Tofiq Hacıyevdən bəhs edərkən Azərbaycanda ona "Hocaların hocası (“Müəllimlərin müəllimi”) kimi xitab olunduğunu haqlı olaraq vurğulayır. Tofiq Hacıyev ədəbi məktəbinin nümayəndələri müxtəlif sahələrdə tədqiqatlar apararaq dilçiliyimizi inkişaf etdirirlər. Tofiq Hacıyev 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) müəllim və dosent vəzifələrində çalışıb, 1968-ci ildən isə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətini davam etdirib. Nəsimi adına Dilçilik İnstitutunun direktoru işləyib. 1984-cü ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycanın maarif naziri vəzifəsində işləyib, təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
07/12/2020 11:17
Tələbələrin dekabrın 10-dək müraciət imkanı
Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin qəbulu dekabrın 10-dək davam edəcək. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir. Cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək) e-telebe.edu.az elektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur. Qeyd edək ki, son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.
07/12/2020 10:05
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More