10 minə yaxın uşaq üçün təhsil imkanı
Oktyabrın ilk həftəsindən başlayaraq icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq erkən təhsilə cəlb olunub. Hazırda xüsusi karantin rejimi ilə əlaqədar əyani tədris formasına müvəqqəti fasilə verilsə də, valideynlərin maariflənməsi üçün yaradılmış ilk5il.com platforması erkən uşaq inkişafı ilə bağlı fəaliyyətini davam etdirir. Eyni zamanda bu tədris ilində “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin rəsmi veb saytı (www.icmalayihesi.edu.az) fəaliyyətə başlayıb. Bu da vətəndaşlara layihə barədə suallarını yönləndirmək imkanı verir. Bununla yanaşı, layihənin “Facebook” səhifəsi də aktivdir. Ümumi sayı 500-ə çatan icma əsaslı məktəqəbədər təhsil qruplarında 486 tərbiyəçi-müəllim çalışır. Tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi üçün 21 mentor fəaliyyət göstərir. Xüsusi karantin rejimi dövründə tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir. İndiyədək təşkil edilən vebinar və videotəlimlər aşağıdakı mövzuları əhatə edib: - Uşaqlarda koqnitiv sferanı necə inkişaf etdirməsi; - Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi; - Tərbiyəçilərlə valideynlər arasında ünsiyyətin xüsusiyyətləri; - Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası və sair. Qeyd edək ki, cari tədris ilində ümumilikdə 9207 nəfər 3-4 yaşlı uşağı əhatə edən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi respublikanın 50 şəhər və rayonunda icra olunur.
19/11/2020 15:56
Peşə təhsili üzrə teledərslərin 20 noyabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 20 noyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
19/11/2020 15:02
"Qarabağın məşhur müəllimləri" – Zakir Bağırov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Zakir Bağırovdur. O, 1929-cu ildə Şuşada doğulub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib və fəlsəfə kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Mədəniyyət tariximizdə özünəməxsus yeri olan Zakir Bağırov uzun müddət Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb. Hər kəs bu gün onun adını - humanist xarakterli, daim yaradıcı təfəkkürlə yaşayıb-işləyən mədəniyyət nazirini üzündə ilıq bir təbəssümlə xatırlayır. Zakir Bağırov nazir olduğu dövrdə mədəniyyətimizin inkişafı üçün çox işlər görüb. Onun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Bakı Xoreoqrafiya Məktəbi tikilib. Bir sıra mədəniyyət ocaqları təmir edilib, yeni orkestrlər yaranıb, Mahnı Teatrı təşkil olunub. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
19/11/2020 12:10
"Qələbə sevincimiz" adlı beynəlxalq onlayn görüş keçirilib
Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə Qarabağın işğaldan azad olunması münasibətilə “Qələbə sevincimiz!" adlı onlayn beynəlxalq görüş təşkil edilib. Görüşün keçirilməsində məqsəd qələbəmizi qeyd etmək, təhsilalanları vətənpərvərlik, ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənə, torpağa məhəbbət hisslərini daha da artırmaq, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərlə dostluq əlaqələrini möhkəmləndirməkdən ibarət olub. Görüşə mərkəzin yetirmələri, Türkiyə, Rusiya, İspaniya, Almaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Tayland, Niderland, Myana, Amerika, Fransa, İsveç və Avstriyada yaşayan azərbaycanlı gənclər, eləcə də “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva Gündoğdu və digər valideynlər qatılıb. Görüşdə müharibə dövründə Azərbaycan xalqının birliyi, dövlət başçısının apardığı uğurlu islahatlar, güclü və qüdrətli Azərbaycan ordusunun düşməni məğlub etməsi və digər məsələlər barədə müzakirələr aparılıb, erməni qəsbkarlarının xalqımıza qarşı etdiyi vəhşiliklər haqqında məlumatların dünyaya çatdırılması barədə müvafiq təkliflər edilib, fikir mübadiləsi aparılıb.
19/11/2020 11:16
"Dərs vaxtı"nın 19 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 18-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
19/11/2020 07:09
Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb
Noyabrın 17-də təhsil naziri Emin Əmrullayev Beynəlxalq Türk Akademiyasının ölkəmizdə səfərdə olan prezidenti Darxan Kıdırəli ilə görüşüb. Görüşdə Təhsil Nazirliyi və Beynəlxalq Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Təhsil naziri Emin Əmrullayev 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşdığı, bu dövr ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğu, 16 məktəblinin yaralandığı və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığı barədə məlumat verib.
18/11/2020 15:16
"Qarabağ Azərbaycandır!" onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib
Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib. Müsabiqə 2020-ci ilin 18 noyabr - 29 dekabr tarixlərində keçiriləcək. Müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Müsabiqəyə respublikamızda və xarici ölkələrdə yaşayan 6-17 yaşlı uşaq və gənclər dəvət olunur. Eyni zamanda müəllimlər də müsabiqəyə qatıla bilərlər. İştirakçılar aşağıdakı şərtləri nəzərə almalıdırlar: - Müsabiqə 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) üzrə keçirilir; - Ümumtəhsil və internat məktəbləri, uşaq-gənclər inkişaf mərkəzləri və digər təhsil müəssisələrindən hər yaş qrupu üzrə müsabiqəyə bir rəsm işi təqdim edə bilər; - Rəsmlər maksimum A2 formatda olmalıdır; - Rəsmlərin işlənmə texnikası sərbəstdir (yağlı boya, akril, akvarel, quaş, rəngli karandaş, flamaster, pastel təbaşir, tuş və s.); - Şərtlərə cavab verməyən işlər müsabiqədən kənarlaşdırılır; - Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, yaşadığı ölkənin və şəhərin adı Azərbaycan və ingilis əlifbası ilə qeyd olunmalıdır; - Rəsmlər elektron şəkildə müsabiqənin Təşkilat Komitəsinin (ugim-3@mk.edu.az) elektron ünvanına göndərilməlidir. Müsabiqə haqqında ətraflı məlumat Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" () və "İnstagram" () səhifəsində təqdim olunur. Müsabiqə 3 mərhələdə keçiriləcək: I mərhələ – 18 noyabr - 15 dekabr 2020-ci il. Müsabiqəyə qatılmaq istəyən iştirakçıların rəsm işlərinin qəbulu II mərhələ – 15-23 dekabr 2020-ci il. Rəsmlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçilməsi III mərhələ- 24-29 dekabr 2020-ci il. Müsabiqə qaliblərinin sosial şəbəkə vasitəsilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifəsində elan edilməsi və diplomların qaliblərin elektron ünvanlarına göndərilməsi Müsabiqəyə təqdim olunan rəsmlər mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə bir iştirakçı "Qran-pri" mükafatına layiq görüləcək. Müsabiqə ilə bağlı əlavə suallarınız olarsa, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" (https://www.facebook.com/3nomreliUGIM) və "İnstagram" (https://instagram.com/3_nomreli_ugim?igshid=1rhxbvjohrs08) səhifələrinə müraciət edə və +994 50 432 43 02, + 994 55 549 58 52 “WhatsApp” telefon nömrələri ilə əlaqə yarada bilərsiniz.
18/11/2020 13:55
Tələbələrin nəzərinə!
Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirəcək. Cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər. Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.
18/11/2020 12:42
Təhsil naziri Emin Əmrullayevin "ATV Aktual" proqramına müsahibəsi
Təhsil naziri Emin Əmrullayev "ATV Aktual" proqramının qonağı olub. Proqramda qələbəmizdən sonrakı mərhələdə Təhsil Nazirliyinin üzərinə düşən tarixi missiya, işğaldan azad olunan ərazilərimizdəki məktəblərin bərpası, koronavirusun təhsil sahəsinə təsiri və digər mühüm suallar ətrafında söhbət aparılıb.
18/11/2020 10:08
"Dərs vaxtı"nın 18 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 18-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
18/11/2020 07:38
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More