Düşmən təcavüzünün qurbanı olan şagirdlərimiz
Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı. Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimir oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi. Qeyd edək ki, düşmən təcavüzü nəticəsində artıq 8 məktəblimiz həlak olub, 16 məktəblimiz isə yaralanıb. 40-a yaxın məktəbə ciddi ziyan dəyib. Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!
24/10/2020 12:50
Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələri
Düşmən tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonlarda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Belə ki, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib. İşğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən 8 məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb. Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır: - Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi - Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi; - Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi; - Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi. Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb. 2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.
23/10/2020 16:32
"Qarabağın məşhur müəllimləri" - Süleyman Sani Axundov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Süleyman Sani Axundovdur. Süleyman Sani Axundov keçən əsrin əvvəllərində Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biri, görkəmli yazıçı, nasir və maarif xadimi olub. O, 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Təhsilini bitirdikdən sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub. Süleyman Sani Axundov 1906-cı ildə Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib.1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
23/10/2020 10:55
Təhsil naziri YUNESKO Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb
Oktyabrın 22-də Təhsil naziri Emin Əmrullayev YUNESKO tərəfindən virtual formatda təşkil olunmuş Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında iştirak edib. COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan tədbirdə YUNESKO-nun baş direktoru Odri Azulay, BMT-nin Baş katibi Antonio Qutyereş, bir sıra ölkələrin dövlət və hökumət başçıları, Təhsil nazirləri iştirak edib. Tədbir zamanı Emin Əmrullayev pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib. Eyni zamanda Azərbaycanda yeni dərs ilindən tədris prosesinin hibrid - birbaşa və onlayn formada təşkil edildiyi və məktəblilərin sağlamlığının qorunması üçün lazımi addımların atıldığı vurğulanıb. Təhsil naziri Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 6 nəfər məktəblinin həlak olması, 17 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-a qədər təhsil müəssisəsinə zərərin dəyməsi ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
22/10/2020 19:36
"Dərs vaxtı" tətil günlərində
"Dərs vaxtı" tətil günlərində də davam edir. Bu günlərdə yayımlanan dərslər həm ötən il, həm də bu il öyrənilən biliklərin möhkəmləndirilməsinə və artırılmasına xidmət edir. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və bu kimi faydalı izahlarla tətildə də akademik öyrənmə dəstəklənir. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə böyük yardımçıdır. "Dərs vaxtı"nı izləməyi unutmayın!
22/10/2020 15:30
Peşə təhsili üzrə teledərslərin 23 oktyabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 23 oktyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
22/10/2020 14:52
"Qarabağın məşhur müəllimləri" - Həmidə xanım Cavanşir
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Həmidə xanım Cavanşir-Məmmədquluzadədir. Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlib. Azərbaycanın ilk maarifçi qadınlarındandır. Cəlil Məmmədquluzadənin həyat yoldaşı olub. Tarix Həmidə xanım Cavanşiri böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Həmidə xanım 1912-ci ildə Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və özü də burada dərs deyib. O, xatirələrində yazırdı ki, “Kənddə oğlanlarla qızların bir yerdə oxuduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi”. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunacaq. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
22/10/2020 11:37
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More