Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının noyabr ayı üzrə ikinci oyunu keçirilib.
“Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan oyunda noyabr ayının çempionluğu uğrunda keçiriləcək görüşün növbəti - ikinci finalçısı müəyyənləşib. Oyun iki seçim və iki final görüşündən ibarət olub. İlk seçim görüşündə “Sumqayıt” və “Qəbələ” komandaları qarşılaşıblar. Sumqayıtlılar 5:0 hesabı ilə tam qələbə qazanıblar. İkinci görüş “Parabellum” ilə “Mingəçevir” arasında olub. “Parabellum” da rəqibini eyni hesabla məğlubiyyətə uğradıb. Final görüşlərində “Sumqayıt” və “Parabellum” komandaları qarşılaşıb. İlk fnal görüşündə “Sumqayıt” 5:2, ikinci final görüşündə “Parabellum” 6:3 hesabı ilə qalib gəlib. Nəticədə ayın ikinci fnalçısını müəyyənləşdirmək üçün əlavə suala ehtiyac yaranıb. Həmin sualı tez və düzgün cavablandıran “Sumqayıt” daha güclü olduğunu sübut edib və ayın final oyununa vəsiqə qazanıb. “Bilik kuboku”nun sentyabr, oktyabr və noyabr ayları üzrə qaliblərinin qarşılaşacağı final oyunu isə dekabrın 14-də keçiriləcək.
08/07/2015 16:52
Azərbaycan ilk dəfə olaraq Türkiyənin Alanya şəhərində keçirilən 8-17 yaşlı uşaq və yeniyetmələr arasında “Türkiyə Tətilləri: “Şərqin Mirvarisi” IV Beynəlxalq Futbol Festivalında iştirak edib.
Türkiyə Futbol Federasiyasının dəstəyi ilə “FİFA Grassroots” proqramı çərçivəsində təşkil olunmuş idman bayramında ölkəmizi Təhsil Nazirliyinin “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin komandaları təmsil ediblər. Məktəbin baş məşqçisi Yaşar Abdulovun rəhbərliyi altında 84 nəfərlik geniş heyətlə turnirə yollanan təmsilçilərimiz üçün bu yarış ilk yüksək səviyyəli beynəlxalq turnir olub. 9 ölkədən 50 komanda və 1500 uşağın qatıldığı festivalda 200 oyun keçirilib. Turnirin əsas favoritlərindən olan “Beşiktaş”, “Verder”, “Lokomotiv” Moskva, “Terek”, “Yuri Konoplyov adına Futbol Akademiyası” və “Paxtakor”un yetirmələri müvafiq yaş qruplarında qalib adına layiq görülüblər. İlk dəfə yüksək səviyyəli beynəlxalq turnirdə iştirak etmələrinə baxmayaraq, “Vətən” Futbol Məktəbinin komandaları gözəl oyunu və bəzi oyunçuların fərdi nailiyyətləri ilə xüsusi diqqət çəkiblər. 12 yaşlı yeniyetmələr arasındakı yarışda komandamızın üzvü Mürvət Məmmədli turnirin ən yaxşı yarımmüdafiəçisi üçün təsis olunmuş xüsusi mükafata layiq görülüb. 10 yaşlı futbolçularımızdan ibarət komanda keçirdiyi 6 oyundan yalnız birində məğlub olub. Bir oyunu heç-heçə başa vuran komandamız 4 qələbə qazanaraq mükafatçılar sırasına düşüb. Hücumçularımızdan 2003-cü il təvəllüdlü Əşrəf Zeynallı 6 top, 2004-cü il təvəllüdlü Tuncay Hacıyev 4 top, 2001-ci il təvəllüdlü Qabil Əlizadə 4 top vurmaqla bombardirlik keyfiyyətlərini nümayiş etdiriblər. Futbolçularla yanaşı məşqçilərimiz də turnirdən mükafatla qayıdıb. “Məşqçi və valideyn kuboku” qala turnirində (Parents Cup) iştirak edən məşqçilərimiz 2-ci yeri tutublar. Həmkarlarından fərqlənən məşqçi-müəllim Namiq Allahverdiyev isə qala turnirin xüsusi mükafatına layiq görülüb. Festivalda “FİFA Grassroots”un koordinatoru, FİFA-nın təlimatçı – metodisti Ayvon Avrinin iştirakı ilə seminar da keçirilib. Seminarda gənc futbolçuların müasir hazırlıq proqramları və U9-U14 təsnifatları üzrə təlim-məşq proqramları barədə geniş mühazirə - təqdimat məşqçilərin nəzərinə çatdırılıb. 500-dən artıq futbolçu uşaqları və məşqçiləri birləşdirən praktiki təlimlər “The Day of Football Fan FİFA Grassroots” adını alıb. Eyni vaxtda 12 meydançada FİFA təlimatçıları Rusiya yığmasının sabiq məşhur futbolçuları Ruslan Niqmatulin və Dmitriy Loskovun iştirakı ilə estafetlər və master klaslar keçiriblər. Bundan əlavə, festival iştirakçıları “Play Station 3” üzrə əyləncəli blits-turnirlərdə də qüvvələrini sınayıblar.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təşkilatçılğı ilə "Baku Crystal Hall"da məktəblilər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Azərbaycan çempionatı keçirilib.
Dörd gün davam edən və AzTV kanalı ilə yayımlanan çempionatda bu ilin aprelində məktəblilər arasında təşkil olunmuş "Nə? Harada? Nə zaman?" oyunu üzrə regional məktəb çempionatının qalibləri iştirak ediblər. Qeyd edək ki, Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birlikdə bu ilin aprel-may aylarında keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə regional məktəb çempionatında 11 komanda qalib adına layiq görülüb. Bunlar Bakı, Gəncə, Sumqayıt, Naftalan şəhərlərinin, Qobustan, Kürdəmir, Lənkəran, Şəmkir, Zaqatala, Cəbrayıl və Quba rayonlarının komandalarıdır. Həmin komandalarla birgə Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin, akademik Zərifə Əliyeva adına liseyin və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandaları da final mərhələsində respublika qalibi adını qazanmaq üğrunda mübarizə aparıblar. Çempionatın noyabrın 10-da keçirilən ilk turunda püşkə əsasən oyuna Lənkəran və Şəmkir komandaları çıxıblar. Verilən sualların çoxunu düzgün cavablandıran Lənkəran məktəbliləri ilk görüşün qalibi olub və özlərinə rəqib seçmək hüququ qazanıblar. Bütün rəqibləri üstələyən Lənkəran komandası finalda oynamaq hüququ qazanıb. Növbəti tur Sumqayıt və Naftalan komandalarının oyunu ilə başlayıb. Bu görüşdə Naftalan məktəbliləri 4:0 hesabı ilə qalib gəliblər. Onlar ikinci mərhələdə Maştağa (Bakı) komandası ilə yarışmalı olublar. Maştağa məktəbliləri Naftalanın, akademik Zərifə Əliyeva adına liseyin və Gəncənin komandalarını məğlub ediblər. Ancaq Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Maştağa məktəblilərinə 3:0 hesabı ilə qalib gəliblər. Bakı Türk Liseyinin komandası Fizika, riyaziyyat və informatika təmayüllü liseyin komandasına da qalib gələrək finalda oynamaq imkanı qazanıblar. "Nə? Harada? Nə zaman?" intellektual oyununun üçüncü turunda Kürdəmir komandası rəqiblərini üstələyib. Turun son oyununda isə Maştağa komandası kürdəmirli məktəbliləri 3:0 hesabı ilə udaraq breyn-rinqin finalına vəsiqə əldə edib. "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Azərbaycan çempionatının son turunda dördüncü finalçını müəyyənləşdirmək üçün şans oyunu keçirilib. Oyunun nəticəsinə əsasən, Kürdəmir komandası finalçılar sırasına çıxıb. İki seçim və iki final görüşündən ibarət olan oyunda Kürdəmir, Lənkəran, Maştağa və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandaları mübarizə aparıblar. Finalda Bakı Türk Liseyinin komandası qələbə qazanıb. Qalib komandanın üzvlərinə kubok və medallar, eləcə də Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.
08/07/2015 16:52
Məktəb onun məbədi idi
Rafil müəllim şagirdlərinin yaddaşında ustad müəllim kimi qalıb ...Məktəb onun məbədi idi. Anadan müəllim doğulmuşdu. Ömrüm boyu onun kimi ikinci müəllim görmədim. Rafil müəllim öz yaradıcısını təsdiq edə bildi. Tanrı bu kamilliyi qiymətləndirdi; ona çox mənalı və əqidəli ömür pay verdi, sonsuz həvəs, tükənməz müsbət enerji, saysız insan məhəbbəti, təmiz vicdan və azadlıq bağışladı. Ancaq bircə şeydən doymadı: öyrənməkdən, öyrətməkdən. Həyatı da, ümidi də şagirdlərinə bağlı idi. "Mənim şagirdlərim Azərbaycanın gələcəyidir" demişdi. Onları şəxsiyyət kimi formalaşdırmaq üçün gah ədəbiyyatçı, gah tarixçi, gah aktyor, gah rejissor olurdu. Viktorinalar, bilik yarışları, poeziya, musiqi, muğam və s. qabiliyyətləri aşkara çıxarmaq üçün maraqlı tədbirlər keçirər, istedadlı şagirdlər üçün nəinki əlindən gələni edər, başqalarından da kömək istərdi. Müəllimlik fəaliyyətinə 1970-ci ildə Balakən rayonunun Qaravəli kənd orta məktəbində başlamışdı. Onun ilk şagirdlərinin indi altmış yaşı var. Minlərlə insana riyaziyyatın çətin məsələlərini həll etməyi öyrətdi. Qara lövhə, ağ təbaşir və on natural rəqəm onun həyat atributları idi. Yarım əsrdən çox onun ömür simfoniyasını çalan qara sondakı ağ akkordlar (həmişə qara lövhədə ağ təbaşirlə yazmağa üstünlük verirdi) minlərlə şagirdin marşının əks-sədasına çevrildi. Rafil müəllim "xalqların yarışı onların zəkalı adamlarının yarışıdır. Yaponiyada hərtərəfli inkişaf ona görə baş tutdu ki, yaponlar təhsildən başladılar (arxivindən) deyərək məktəb yaratmaq arzusu ilə böyük bir işə həvəslə başlamışdı. "Gələcək zəkalar" (hazırda 287 nömrəli orta məktəb) məktəbi istedadlı şagirdlərin tam və dolğun inkişafını təmin etmək üçün yaradılan yeni tipli eksperimental məktəbdir" sözlərini onun arxivini araşdırarkən 1992-1993-cü dərs ilində açılacaq məktəbin nizamnaməsində tapdım. Səliqə ilə toplanmış, xəttat qabiliyyəti ilə yazılmış test qovluqları təhsil üçün ilk addımlar atan müəllimin 1981-1982-ci tədris ilində Bakıda 116 nömrəli orta məktəbdəki zəka müjdəsi hesab edilə bilər. Rəhbərlik etdiyi, riyaziyyatçılar hazırladığı iyirmi şagirdin hamısı 1995-ci ildə ali məktəblərə (beş nəfər Türkiyənin universitetlərinə) qəbul olunmuşdu. 2001-ci ildə sinfinin 16 şagirdi 600-dən çox bal yığmış, müəllimi hədsiz sevindirmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il 13 oktyabr tarixli sərəncamı ilə İmanov Rafil Cəlal oğluna "Əməkdar müəllim" adını vermişdir. 2013-2014-cü dərs ilində sağalmaz xəstəliyə tutulub ağır əməliyyat keçirsə də, müəllimlik etdiyi - riyaziyyatdan hazırlaşdırdığı 20 şagirddən üç nəfər qızıl medal qazanmış, iki şagirdi isə 700 bal ilə Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuşdur. Xəstə müəllim üçün bütün bunları məlhəm saymaq olardı. İnsan iradəsi orqanizmdə gedən proses və xəstəliklərə bəzən qalib gələ bilmir. Sevimli müəllimimiz ən çətin məsələlərin həllini tapsa da amansız xəstəliyə qalib gələ bilmədi. "Əlil arabasında dərsə gedəcəyəm" ümidi ilə ən çox sevdiyi, həmişə bayram kimi gözlədiyi bir gündə - sentyabr ayının birində dünyasını dəyişdi. "Riyaziyyatı sevsəniz mənim qəlbimin dərinliklərində yaşayacaqsınız" sözləri ömürlük yaddaşımızda qaldı (Rafil müəllimin məzar daşına bu cümləsi həkk olunub). "Müdriklik ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xətrinə hazırkı ötəri mənfəətləri qurban vermək qabiliyyətləri və idarə olunanı idarə etmək məharətidir" (R.Akoff). Heç zaman ölümün adını dilinə gətirmədi. Ömrünü öləndən sonra yaşamaq üçün yaşadı. Milyon dəfə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərini yazdı. Dahilər dünyasına onu bu on rəqəminin möcüzəsi ismarlamışdı? Məncə, tək bunlar yox. Onun mənəviyyatı da ölümsüzlüyünü təsdiq etmək üçün zəngin mirasdır. "Qəlbən şair olmadan yaxşı riyaziyyatçı olmaq mümkün deyildir" sözlərini tez-tez işlədərdi. İdeal ömür-gün dostu olmuşdu. Vaxt onun üçün hər şeydən qiymətli idi. "Elm öyrənmək də, elm öyrətmək də savab işdir" həyat fəlsəfəsini yeniyetmələrə öyrətmək, xələflər hazırlamaq savabını xəstə yatağında da unutmurdu. Özünü şagirdin yerinə qoyaraq istədiyinə nail olan tərbiyəçi idi. Bəzən özünü, istedadını kəşf edə bilməyən yeniyetmələrə yardım edər, ona istiqamət verərdi. Çox sevdikləri və inandıqları üçün şagirdlər onun göstərdiyi yolla gedib uğurlar qazanardı. Riyaziyyat üzrə hazırlaşdırdığı bir gənc qıza jurnalist olmağı tövsiyə etmişdi. Həmin qız indi televiziyanın peşəkar aparıcılarından biridir. "İradə azadlığı əslində işi bilməklə qərar qəbul etmək deməkdir". (A.Mirzəcanzadə, ixtisasa giriş). Şagirdlərini şəxsiyyət kimi yetişdirmək üçün müəllim özü örnək olmalıydı, oldu da. Axı, şəxsiyyət insanın mənəvi tələbatlarının cəmi olan niyyətlər yığınıdır, - demişlər. Ömrünü xeyirxahlığa, yardım etməyə, bağlı qapı açmağa, gəncləri biliklə dünyanı pisliklərdən xilas etməyə, boyun əyməkdən, aciz olmaqdan zəka ilə qurtulmağa, azad yaşamağa, anaları savadlı, məntiqli övlad böyütməyə öyrədən böyük müəllim idi Rafil müəllim. Hələ 1974-cü ildə səkkizinci sinifdə oxuduğum vaxt riyaziyyat viktorinasında (bilik yarışlarını Rafil müəllimin köməyi ilə hazırlayırdıq) bir müdrikin sözlərini təlaşla söyləmişdim: "Anam məni göydən yerə endirib, müəllimim isə yerdən göyə qaldırıb". ...Orta məktəbi bitirirdim. Son dərsimiz riyaziyyat dərsi idi, hamımız kövrəlmişdik. Zəng çalındı. Sevimli müəllimim sinif otağından çıxanda ona dəftərimi verdim: Rafil müəllim, xatirə yazmağınızı xahiş edirəm - dedim. Yazdı. İndi həmin sözlər sanki dəftərə yox, Rafil müəllimin qəlbimdə yaratdığım heykəlinin pyedestalına həkk olunub. Rafil müəllimin indi təkcə mənim yox, bütün şagirdlərinin yaddaşında heykəli var. Dünyanın hər tərəfində Azərbaycan intellektini təmsil edənlərin ziyarətgahına çevrilmiş "Zəkalar" liseyində, inanırıq ki, onun adı da əbədiləşdiriləcəkdir. * * * Böyük itkinin acısı Bəzən böyük auditoriyaya daxil olursan, paylaşmağa bir təəsürat belə tapmadan çıxırsan. Kiçik bir auditoriyadan elə təəssüratlarla ayrıldım ki, bilmirəm sözü haradan başlayım. Bu, sadəcə, məktəbdə bir sinif otağı idi... Noyabrın 11-də "Zəkalar" liseyində mərhum əməkdar riyaziyyat müəllimi, həmçinin liseyin yaradıcısı Rafil İmanovun 65 yaşı qeyd olundu. Bu yubiley tədbiri təsadüfdənmi, ya zərurətdənmi mərhumun vəfatının qırx gününün tamamına təsadüf etdi. Amma bu sadə cümlələr Rafil İmanovun anım gününün doğurduğu təəssüratları ifadə etmək gücündə deyil. Auditoriyaya daxil olanda içəridəki adam sıxlığı ilə yanaşı diqqətimi baş tərəfdə bir lövhə çəkdi. Üzərində aforizmlər olduğunu gördüm. Bunların Rafil müəllimin təlim və tərbiyə prinsipləri olduğunu anlamaq çətin olmadı. Lövhənin baş tərəfində ulu öndər Heydər Əliyevin fikri yer alırdı: "Mən dünyada müəllimlikdən yüksək ad tanımıram". Bu fikir elə Rafil İmanovun da müəllim qəlbindən xəbər verirdi. Daha aşağılarda isə riyaziyyat müəlliminin fitrətini ifadə edən öz fikirləri öyrətmək və öyrənmək prinsipləri olaraq şagirdlərinin gözü önündən asılmışdı. Tədbir şagirdlərin aparıcılığı və çıxışları ilə başladı. Çıxış edən şagirdlər öz həyat yollarında Rafil İmanovun timsalında müəllim zəhmətini yüksək dəyərləndirdilər: Rafil müəllimin ən son sinif rəhbəri olduğu şagirdlər onun xatirəsi önündə söz verdilər ki, bu il qəbul imtahanında ən yaxşı nəticə göstərəcəklər. Şagirdlərin ifasında Rafil müəllimin ən çox sevdiyi əsər - Şəhriyarın "Heydərbabaya salam" əsərindən bir parça kompozisiya şəklində təqdim edildi. Saz havası dinlənildi. Yeddinci sinif şagirdi Rzazadə Əbülfəzin ifa etdiyi Bəxtiyar Vahabzadənin "Tələbələrim" şeiri auditoriyanı kövrəltdi. "Mən sizinlə həmyaşam, hamınıza yoldaşam" sözlərini sanki Rafil müəllimin dilindən dinləyirdik... Tədbir iştirakçıları liseyin müəllim, şagird kollektivi ilə yanaşı, illər öncəsi məzunlardan, valideynlərdən və həmçinin mərhum müəllimin ailəsi və qohumlarından, dostlarından ibarət idi. Müəllim yoldaşları Şamxal Məmmədov, Malik Vəliyev göz yaşları içərisində öz ürək sözlərini paylaşdılar. Ailə üzvlərindən həyat yoldaşı Gülbəniz xanım, qardaşları Kamil İbrahimov, Kərəm İbrahimov, qohumları, ötən illərin məzunları, ilk şagirdlərindən biri olan Tamilla xanım çıxış edərək bu itkinin ağırlığını dilə gətirdilər. Bütün çıxışlarda müxtəlif epizodlar içərisində eyni fikirlər qırmızı xətlə keçirdi: böyük insan, böyük pedaqoq, böyük riyaziyyatçı və həmçinin böyük ailə başçısı... Həqiqətən də, hər kəlmənin başına yalnız bu böyük sözü yaraşırdı. Vətənpərvər Rafil İmanovun milli duyğuları beş övlad tərbiyəsində də özünü göstərirdi. Övladlarına verdiyi adlar da müəllimin milli ideallarının ifadəsidir. Tədbirin sonunda "Zəkalar" liseyinin direktoru Aygün Əhmədli təhsil ocağının fəaliyyətində Rafil İmanovun zəhməti haqqında geniş bəhs etdikdən sonra liseyə müəllimin adının verilməsi arzusunu dilə gətirdi. İndi məktəbin bütün kollektivi məhz bu arzu ilə yaşayır ki, "Zəkalar" liseyi yaxın zamanlarda Rafil İmanovun adını daşısın. Tədbirdən sonra iştirakçılar tərəfindən Rafil İmanovun məzarı ziyarət olundu. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Kurikulum
08/07/2015 16:52
İbtidai siniflərə müəllim köməkçisi lazımdırmı?
Digər tərəfdən isə, müəllim diplomu almış gənc mütəxəssislərin yalnız təcrübələrini artırdıqdan sonra sinfə müstəqil daxil olmaq hüququ qazanması, onların işə məsuliyyətinin daha da artmasına gətirib çıxarır. Ancaq araşdırmalarımız göstərdi ki, bu məsələ bizdə hələ də gündəmdə deyil. Hətta orta mətəblərimizdə şagirdlərin sayının 25-30 nəfər olduğu ibtidai siniflərdə belə, onların təlim-tərbiyəsi ilə yalnız bir müəllim məşğul olur. Müəllim köməkçilərindən isə ölkəmizdə fəaliyyət göstərən bir neçə özəl məktəb və liseylər istifadə edir. Bu məsələ ilə bağlı paytaxtın bir sıra orta ümumtəhsil məktəblərində olduq, ibtidai sinif müəllimləri ilə söhbətləşdik. Onların fikirlərini nəzərinizə çatdırırıq. 55 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi * * * 194 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim * * * Xəzər Universiteti "Dünya Məktəbi"nin ibtidai sinif müəllimi * * * 328 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı şəhərinin Yasamal rayonundakı 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, məktəb üçün yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılır. Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
08/07/2015 16:52
Birinci SABAH forumuna həsr olunmuş videoxronika hazırlanıb.
Forumda universitetlərin SABAH qruplarının tələbələri ilə yanaşı,dövlət qurumlarının rəsmiləri,ictimai xadimlər və media təmsilçiləri iştirak ediblər.İki gün davam edən forum müxtəlif müzakirə və debatlar, master klass və yarışlarla iştirakçılara maraqlı anlar yaşadıb. Birinci SABAH forumuna həsr olunmuş videoxronikada bu anlar geniş təfsilatı ilə təsvir olunub. Dialoq və maraqlı fikir mübadiləsi şəraitində keçən forum iştirakçılarının arzu və istəklərinin əks olunduğu videoxronikada qızğın müzakirə və müxtəlif panellərdə keçirilən master klasslardan, habelə SABAH tələbələrinin iştirak etdiyi əyləncəli, intellektual yarışlardan bəhs edilir. Birinci SABAH forumuna həsr olunmuş videoxronika
08/07/2015 16:52
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
4 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
4 il əvvəl -
Bildiriş
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More