• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Onlayn müsahibə mərhələsinin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 14-24 dekabr tarixlərində keçirilən müsahibələrdə ümumilikdə 2197 nəfər iştirak edib. Onlardan 2061 namizəd uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edib. Qeyd edək ki, cari onlayn müsahibələr müsabiqənin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq edilən vakansiyalara işə qəbul olunmuş namizədlər üçün həyata keçirilib. Müddətli müqavilə əsasında çalışan digər şəxslər üçün növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

İctimai səhiyyə sahəsində çalışan şəxslər üçün Çində təqaüd proqramı

Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Səhiyyə üzrə Vanke Məktəbi 2021-2022-ci tədris ili üzrə ictimai səhiyyə sahəsində çalışan şəxslər üçün təqaüd proqramı elan edir. Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına son müraciət tarixi 31 mart 2021-ci ildir. Təqaüd proqramı haqqında ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 31 yanvar 2021-ci il  tarixinədək fəaliyyətini dayandırır. Bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər. Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.az, https://twitter.com/tehsilgovaz, https://www.instagram.com/edugovaz/,  https://www.youtube.com/user/tehsilgovaz, @edugovaz izləmək tövsiyə edilir.

Riyaziyyat fənni üzrə yeni dərsliyin fərqli cəhətləri – video

2020-2021-ci tədris ilindən istifadəyə verilən yeni dərsliklər sırasında I sinif "Riyaziyyat" dərsliyi də yer alır. Sözügedən dərslik komplektinin hazırlanma prosesində dünyanın aparıcı təhsil sistemlərinin müvafiq siniflər üçün təhsil proqramları təhlil edilib, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri və nəticələri öyrənilib. Aparılan təhlillər nəticəsində ibtidai siniflərdə riyaziyyat fənni üzrə hazırda qüvvədə olan təhsil proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb. Eyni zamanda, dünyanın ən nüfuzlu nəşriyyatları tərəfindən hazırlanmış dərslik komplektləri tədqiq edilib, şagirdlərdə riyazi savadlılıq səriştəsinin formalaşdırılmasına şərait yaradan qabaqcıl təcrübələr nəzərə alınıb. Təhsil İnstitutu tərəfindən təkmilləşdirilmiş təhsil proqramları əsasında tərtib olunan yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.  

Müəllimlər üçün Yaponiya Dövlət Təqaüd Proqramına sənəd qəbulu davam edir

Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Kyokensei-Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu davam edir. Proqrama müraciət üçün son tarix 29 yanvar 2021-ci il təyin olunub.  “Kyokensei” hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı təqdim edən magistratura səviyyəsi üzrə proqramdır. Təqaüd proqramı barədə ətraflı məlumatla müvafiq linkə (https://www.az.emb-japan.go.jp/itpr_ja/11_000001_00142.html) daxil olaraq tanış ola bilərsiniz.

15 900 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib

2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib. Qeyd edək ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az/ portalı istifadəyə verilib.

"Dərs vaxtı"nın 6 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 6-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil Nazirliyinin saytı unikal giriş sayına görə birincidir

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) 2020-ci ildə dövlət orqanları üzrə ən çox istifadəçi müraciəti qeydə alınan rəsmi internet resurslarının siyahısını açıqlayıb.  Aparılan təhlillərə görə, Təhsil Nazirliyinin rəsmi internet saytı ən çox müraciət olunan internet resursları sırasındadır. Nazirliyin rəsmi internet saytı toplam giriş sayına görə ilk onluğun ikinci, unikal giriş sayına görə isə birinci pilləsində yer alıb. Qeyd edək ki, ötən ildə nazirliyin rəsmi internet saytına ümumi baxış sayı 1 933 680 nəfər təşkil edib. Ölkələr üzrə baxış sayına görə ilk onluqda ABŞ, Almaniya, Niderland, Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri yer alır.

Çində təhsil imkanı

Çin Xalq Respublikasının 2021-2022-ci tədris ili üçün elan etdiyi təqaüd proqramına sənəd qəbulu 6 yanvar tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu davam edir

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 yanvar saat 23:59-dək davam edəcək. Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır