"Dərs vaxtı"nın 5 yanvar cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 5-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
05/01/2021 08:21
"Khan Academy"nin qurucusu təcrübəsini bölüşəcək
Təhsil Nazirliyinin dəstəyi və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Yeni çağırışlar” adlı onlayn müzakirə proqramına start verilir. Proqramın təhsilin idarə olunması üzrə mütəxəssis, “T-network”-un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımı planlaşdırılır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. 7 yanvar saat 19:00-da təqdim ediləcək ilk buraxılışın qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan olacaq. Görüş Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. Sal Khan dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard universitetinin məzunudur. O, 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan "Khan Academy" ilə bütün dünyaya səs salıb. “Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan "Khan Academy" bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə "Khan Academy"də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Tədris resursları 40-dan çox dilə tərcümə olunur. Qeyd edək ki, "Yeni çağırışlar” müzakirə proqramına abunə olmaq istəyənlər “T-network” "Facebook" səhifəsinə (https://www.facebook.com/tnetwork.az/) müraciət edə bilərlər. Abunəlik proqramın irəlidəki buraxılışları haqqında operativ məlumat əldə etmək imkanı verir.
04/01/2021 14:07
SABAH qruplarında müəllim işləmək istəyənlər üçün şans
Təhsil Nazirliyinin SABAH qruplarında 2020-2021-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar elan edilmiş müsabiqə davam edir. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər 6 yanvar saat 00:00-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər. Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/-1-18 daxil olaraq əldə edə bilərsiniz.
04/01/2021 12:01
Şagird yerdəyişməsi üçün müraciət edənlərin nəzərinə!
8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
04/01/2021 11:37
2020-ci təqvim ili rəqəmlərdə
Məktəbəqədər və ümumi təhsil 166 minədək uşaq birinci sinfə gedib 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib. Ölkə üzrə 104 min uşaq məktəbəhazırlığa cəlb edilib 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunub. Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib. İcma əsaslı məktəbəqədər təhsil qrupları Ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub. Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilib 2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb. 339 adda 7233214 nüsxə dərslik və metodik vəsait 2020-ci ildə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7233214 nüsxə dərslik və metodik vəsait çap edilib. 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif "Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var. Yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib. Dərsliklərin təkmilləşdirilməsi üzrə Sinqapur şirkəti ilə əməkdaşlıq Təhsil Nazirliyi Sinqapurun təhsil sahəsindəki nailiyyətlərini nəzərə alaraq, bu ölkənin “Alston” Nəşriyyat Evi ilə uzunmüddətli əməkdaşlığa imza atıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. Layihə Təhsil İnstitutu tərəfindən icra olunur. Teledərslərin yayımı həyata keçirilib “COVID-19” pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat “Mədəniyyət” və “ARB Günəş” telekanalları üzərindən “Dərs vaxtı” verilişi yayımlanıb, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Həmçinin cari ilin 25 aprel tarixindən hər həftənin şənbə günləri məktəbdənkənar fəaliyyət üzrə “Dərsdən sonra” verilişinin yayımına start verilib. "Dərs vaxtı"nın 6000-ci buraxılışı efirə gedib Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin yeni tədris ilində 6000-ci buraxılışı efirə gedib. "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə ediblər. "Virtual məktəb" – Ən iri milli platforma Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. 2020-ci təqvim ilinin sonlarına doğru platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 127 550, aktiv istifadəçi sayı 1 123 126 təşkil edib. “Virtual məktəb”lə bağlı 146-4 "Qaynar xətt" xidməti Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə verilib. Əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə 2020-ci ildə Azərbaycan məktəbliləri ümumilikdə 19 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 6 qızıl, 16 gümüş, 41 bürünc medal və 15 həvəsləndirici mükafat olmaqla ümumilikdə 63 medal əldə ediblər. Azərbaycan təhsil platforması YUNESKO-nun rəsmi siyahısında Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması YUNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb. Dünyada “COVID-19” pandemiyasının yayılması ilə əlaqədar YUNESKO-nun rəsmi saytında şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim edilib. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması da bu siyahıya daxil edilib. “Məktəblinin dostu”nun əhatə dairəsi genişləndirilib 2020-ci ildə “Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib. Hazırda layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. Layihə üzrə hazırda 400 əməkdaş çalışır. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir. "Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilib Təhsil Nazirliyinin "İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilib. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 100 mindən çox şagirdi əhatə edir. 1035 müəllim müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilib. Müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb. 1565 müəllim iş yerini dəyişib Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələrinə əsasən, 1565 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib. Müəllimlər üçün təlimlər Pandemiya dövründə müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsilalanların motivasiyasının artırılması istiqamətində "Virtual məktəb” layihəsi çərçivəsində 25 min müəllim üçün onlayn təlimlər təşkil edilib. 52 nəfər direktor vəzifəsinə təyin edilib 2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələrinə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib. Bununla da, 2020-2021-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb. Məktəbdənkənar fəaliyyət Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün dərs cədvəlinə uyğun olaraq start verilən onlayn dərslərdə 27 idman növü və 103 dərnək üzrə 25 min nəfərə yaxın qrup və dərnək üzvü, 1500-dən çox müəllim iştirak edib. Şagirdlərimiz ABŞ-ın nüfuzlu ISEF müsabiqəsinin finalçıları olublar “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri sırasından seçilmiş şagirdlərimiz onlayn şəkildə keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (İSEF – İnternational Science and Engineering Fair) müvəffəqiyyət əldə ediblər. Şagirdlərimizin TIMSS 2019 nəticələri Azərbaycanlı şagirdlər TIMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirməsində riyaziyyat üzrə uğurlu nəticələr əldə edib. Şagirdlərimiz 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. IV qrant müsabiqəsinin qalibləri Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi keçirilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Yeni təmayüllü liseylər 2020-2021-ci tədris ilindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey fəaliyyətə başlayıb. Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub. "Qarabağın məşhur müəllimləri" layihəsi Təhsil Nazirliyi "Qarabağın məşhur müəllimləri" adlı yeni layihəyə start verib. Layihə çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunub. Peşə təhsili Peşə təhsili müəssisələrinə qəbul 2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. 14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub. İlk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul elektron qaydada aparılıb 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron qaydada iki mərhələli şəkildə aparılıb. Elektron müraciətlər http://qebul.vet.edu.az/ saytı üzərindən ünvanlanıb. Britaniyanın Plimut İncəsənət kolleci ilə əməkdaşlığa başlanılıb Britaniya Şurası Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiarı olduğu “Crafting Future” adlı regional proqrama başlayıb. Proqram tətbiqi sənət, sənətkarlığın dəstəklənməsi, eləcə də inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini özündə ehtiva edir. Peşə ixtisası üzrə dərsliklər artıq elektron formatda Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb. Peşə sahəsi üzrə teledərslər Pandemiya dövründə peşə təhsili və təlimi sistemində təhsilalanların tədris prosesində iştirakını təmin etmək üçün “Mədəniyyət” və “ARB Günəş” telekanallarında həftədə iki dəfə olmaqla teledərslər yayımlanıb. Bu təşəbbüslərlə yanaşı, Peşə Təhsili üzrə Dövlət Agentliyi öyrənmə nəticələrinin qiymətləndirilməsi vasitələrinin hazırlanmasına və seçilmiş peşələr üzrə tam onlayn mənbələrin (video dərslər və mətnlər daxil olmaqla) tərcüməsinə də başlayıb. Peşə sahəsində onlayn karyera təlimləri Peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib. Onlayn təlim sessiyalarında Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin 100-dən çox tələbəsi ilə yanaşı müəllimləri də iştirak edib. Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur. Azərbaycanın “World Skills International” və “World Skills Asia” təşkilatlarına üzvlüyü təsdiq edilib “World Skills International” (WSI) təşkilatının Ümumi yığıncağında Azərbaycanın WSI təşkilatına 85-ci üzv kimi qəbul edilməsi təsdiq olunub. “World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan beynəlxalq bir təşkilatdır. Peşə təhsili müəssisəsində tibbi maska istehsalı Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın Peşə Təhsil Mərkəzinin məzunu cəlb edilib. Peşə təhsili sahəsində Avropa İttifaqı ilə yeni layihə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığına dəstək və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə yeni layihəyə başlayıb. Yüksək texniki peşə təhsili səviyyəsinin tədrisinə başlanılıb 2020-ci tədris ilindən etibarən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2 ixtisas üzrə yüksək texniki peşə - subbakalavr səviyyəsi üzrə tədrisə başlanılıb. Təhsil müddəti 3 il olan bu tədris proqramları üzrə təhsil alan tələbələr subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər. Müəllimlərin işə qəbulu elektron qaydada təşkil olunub İlk dəfə olaraq, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu elektron qaydada https://portal.edu.az/ elektron müraciət portalı üzərindən baş tutub. Qəbul ümumtəhsil fənn müəllimi, ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyaları üzrə aparılıb. 4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb 2020-ci il ərzində 4 peşə təhsil müəssisəsi publik hüquqi şəxs statusu qazanıb. Publik hüquqi şəxs statusu əldə edən müəssisələr arasında “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”, “Texnika və Texnologiylar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”, “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” və “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzi” yer alıb. Ali təhsil və elm 102 tələbə Prezident təqaüdünə layiq görülüb 2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb. Xaricdə doktorantura proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanın sosial iqtisadi inkişafı üzrə müəyyən olunmuş prioritet ixtisas sahələri üzrə ildə 2 dəfə proqrama sənəd qəbulu həyata keçirilir. 2019-cu ilin noyabr ayında keçirilən ilk qəbuldan 34 doktorant, 2020-ci ilin iyun ayında baş tutan ikinci qəbuldan isə 23 doktorant prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına dünyanın 500 ən yaxşı universiteti siyahısında olan aparıcı elm mərkəzlərində təhsil almaq hüququ qazanıb. İkili diplom proqramları haqqında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 3 beynəlxalq ikili diplom proqramı təsis olunub. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-25), ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-20), Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı-96) həyata keçirilməkdədir. Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının təsis olunması istiqamətində danışıqlar davam edir. Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib Hökumətlərarası Təqaüd Proqramlarına (HTP) dair internet səhifəsi (http://htp.edu.az) istifadəyə verilib. Məqsəd ictimaiyyətin HTP çərçivəsində müxtəlif ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində təqaüd proqramları ilə bağlı düzgün və mütəmadi məlumatlandırılmasını təmin etməkdir. 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb 2020-2021-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. 89 ölkədən 6500-ə yaxın əcnəbi tələbə 2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir. Həssas qruplardan olan tələbələrə dəstək Pandemiya dövründə Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Tələbələr üçün yeni onlayn imkan Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib. 15 900 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib. Tələbələrin köçürülməsinin nəticələri 2020-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi həyata keçirilib. Transfer.edu.az portalı vasitəsilə ali təhsil üzrə 2625, orta ixtisas təhsili üzrə 423 nəfər olmaqla 3048 tələbənin müraciəti təmin olunub. Tələbələr üçün distant təhsil imkanı Pandemiya dövründə təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkilinə başlanılıb. Həmin dərslərə 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub. Həmçinin onlayn dərslərə qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalanmaları üçün 17 region üzrə 28 məktəbdə internet-kompüter mərkəzləri yaradılıb. Magistraturaya qəbulda dəyişiklik Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı yalnız bir mərhələli olacaq. İmtahan Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. 805 nəfər SABAH tələbəsi adını qazanıb 2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş müsabiqənin nəticələrinə əsasən, 805 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb. 2020-ci ildə 832 SABAH tələbəsi məzun olub. UFAZ-da magistratura proqramının təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2020-2021-ci tədris ilindən etibarən magistratura proqramı fəaliyyətə başlayıb. Cari ildə sözügedən magistratura proqramına 80 tələbə qəbul olub. 2020-ci ildə UFAZ-ın 125 tələbəsi məzun olub. Qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması İlk dəfə olaraq qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə sertifikatlar təqdim olunub. Bu proses nəticə olaraq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlarımıza təhsillərini davam etdirmək (peşə təhsili pilləsinin növbəti səviyyəsində) və ya ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququnun verilməsinə xidmət edəcək. Xarici ali təhsil sahəsində ixtisasların tanınması və nostrifikasiyası qaydalarında dəyişiklik Nazirlər Kabinetinin 2020-ci il 21 sentyabr tarixli müvafiq Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) sahəsində göstərilən xidmətlərə görə dövlət rüsumunun ödənilməsi ləğv olunub və Nazirlər Kabineti tərəfindən müəyyən edilməli olan məbləğdə xidmət haqqı ilə əvəzlənib. Azərbaycanın 2 universiteti dünya reytinqində Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2020-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə (SDG) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən “THE University Impact Rankings 2020” reytinq cədvəlini açıqlayıb. Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi də yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıblar. Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb Təhsil Nazirliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb. Protokolun imzalanmasında əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Azərbaycanın 3 şəhəri YUNESKO-nun təhsil şəbəkəsində Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib. Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, YUNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib. Web of Science elmi bazasında 953 məqalə qeydə alınıb “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində 2020-ci ildə də alimlərimizin publikasiya fəallığı qorunub. 2020-ci il üzrə də ilkin olaraq bazaya yerləşdirilən nəşrlərə əsaslanaraq Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında lider olduğunu bir daha söyləmək olar. Belə ki, Azərbaycanda son aylar ərzində 816, Gürcüstanda 673, Ermənistanda isə 643 elmi publikasiya nəşr edilib. Web of Science elmi bazasında ümumilikdə ali təhsil müəssisələri tərəfindən 953 məqalə qeydə alınıb. Bu, son 5 ildə 3 dəfədən çox artım deməkdir.
02/01/2021 11:28
2020-ci təqvim ili rəqəmlərdə: "Sağlam təhsil-sağlam millət"
2020-ci ildə Bakıda yerləşən ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Belə ki, hazırda paytaxtda yerləşən 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmçinin, paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu da mövcuddur. Bu dövr ərzində pedaqoji heyət tərəfindən təhsildə görmə, eşitmə, danışma, hərəkət, diqqət və yaddaş pozğunluğu olan uşaqlar üçün alternativ tapşırıqların mövcudluğunu nəzərdə tutan “Universal dizayn” adlı vəsait hazırlanıb. Həmçinin, “Xüsusi məktəblərdə valideynlərə işin təşkili”, “Nitqi problemli uşaqların kiçik motorikasının inkişafı” adlı metodik vəsaitlər də hazırlanıb. Tibbi-gigiyenik heyət tərəfindən COVID-19 pandemiyası dövründə maarifləndirici seminarlar təşkil edilib, buklet və təlimatlar tərtib edilib. Vətən müharibəsi dövründə layihə iştirakçıları tərəfindən cəbhə bölgəsindəki əsgərlərimizə yazılan məktublar onlar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, təhsilalanların sağlamlığının qorunması və təlim nəaliyyətlərinin yüksəldilməsi məqsədi ilə 2014-2015-ci tədris ilindən etibarən “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Layihə Sumqayıtda 1, Bakıda 38 olmaqla, ümumilikdə 39 məktəbin 170 ibtidai sinfində tətbiq edilir. 2018-2019 tədris ilindən etibarən isə layihə üzrə məktəbəhazırlıq qrupları da fəaliyyətə başlayıb. Əlavə olaraq, 2019-2020-ci tədris ilində inklüziv sinifləri olan 4 məktəb üzrə 32 sinifdə, 7 xüsusi təhsil məktəbi üzrə 42 sinifdə layihə tətbiq edilməyə başlanılıb. Layihənin pedaqoji heyəti tərəfindən bu günə qədər müəllimlərə 22 000, tibbi blok tərəfindən 20 000, psixoloji blok tərəfindən 600 saatdan çox xidmət göstərilib.
31/12/2020 08:56
"Qarabağ Azərbaycandır!" beynəlxalq rəsm müsabiqəsinə yekun vurulub
Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18 noyabr-29 dekabr 2020-ci il tarixlərində keçirilən "Qarabağ Azərbaycandır! adlı onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb. Müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub. Onlayn platformada 3 yaş qrupu (6-9 yaş; 10-13 yaş; 14-17 yaş) üzrə keçirilən müsabiqəyə respublikamızın, eləcə də Türkiyə, Rusiya, Almaniya, İsrail, Myanmar, Bolqarıstan, Ukrayna digər xarici ölkələrdə yaşayan məktəbli və müəllimləri qatılıb. Müsabiqəyə ümumilikdə 600-ə yaxın rəsm işi təqdim olunub. Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən, 4 nəfər "Qran-pri" mükafatına,15 nəfər I, 15 nəfər II, 14 nəfər isə III yerə layiq görülüb. Qalib və fəal iştirakçılar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunub.
31/12/2020 08:45
2020-ci təqvim ili rəqəmlərdə - 805 SABAH tələbəsi
2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş müsabiqənin nəticələrinə əsasən, 805 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb. 2020-ci ildə 832 SABAH tələbəsi məzun olub.
31/12/2020 08:30
Şəhid olan təhsil işçilərinin ailələri ziyarət edilib
Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə nazirliyin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan təhsil işçilərinin ailələrini ziyarət ediblər. Nazirliyin əməkdaşları Gəncə, Lənkəran şəhərləri və Ağstafa, Beyləqan, Gədəbəy, Saatlı, Sabirabad, Tovuz, Cəlilabad, İsmayıllı, Oğuz, Şamaxı, Samux, Ağdam, Kürdəmir rayonlarından olan şəhid təhsil işçilərinin ailələrinə baş çəkib, onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər. Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralananlar və onların ailələri hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunur.
30/12/2020 18:05
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
8 yanvar 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq. Sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək.Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
30/12/2020 17:45
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More