• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2020-ci təqvim ili rəqəmlərdə - STEAM

2020-ci tədris ilində STEAM layihəsinin tətbiqi 45 şəhər və rayon üzrə 147 ümumtəhsil məktəbində 25000-dən çox şagird və 800 müəllim olmaqla uğurla davam etdirilib. Bakı şəhəri ilə yanaşı Ağdam, Füzuli, Tərtər, Bərdə, Biləsuvar, Lerik, Lənkəran, Yevlax, Xaçmaz, Zaqatala, Sabirabad və s. olmaqla ölkə  üzrə ümumtəhsil məktəbindən 700-dən çox müəllim təlimlərə cəlb olunub. STEAM layihəsi çərçivəsində VI sinif üzrə kurikulum təkmilləşdirilib, VII sinif üzrə yeni kurikulum, təhsilalanların tədris prosesində bilik və bacarıqlarını qiymətləndirilməsi məqsədi ilə tövsiyə xarakterli vəsait hazırlanaraq müəllimlərin istifadəsinə verilib. Bu müddət ərzində Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin, Bakı Avropa Liseyinin və Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin nəzdində STEAM mərkəzləri yaradılıb, Gəncə və Quba şəhərlərində isə yaradılacaq STEAM mərkəzlərinin layihələndirilməsinə başlanılıb. Qeyd edək ki,   2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Təhsil naziri Əfqanıstan səfiri ilə görüşüb

Dekabrın 30-da təhsil naziri Emin Əmrullayev Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Jayhoon ilə görüşüb. Görüşdə Azərbaycan və Əfqanıstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə nazir Vətən müharibəsində əldə etdiyimiz qələbədən söz açıb və  Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində təhsil sahəsinə dəyən zərər barədə qonağa məlumat verib.

"Biz sülh istəyirik!" adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş "Biz sülh istəyirik" adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"nın keçirilməsində əsas məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlarla görüş təşkil etmək, onlar arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətləri yaratmaq, həmvətənlərimizin sülh arzularının, tarixi qələbə sevincinin ifadə olunmasına şərait yaratmaqdan ibarət olub. "Dəyirmi masa"da Amerika, Türkiyə, Almaniya, İsveç, Kanada, Gürcüstan, Norveç, Ukrayna, Misir və digər ölkələrdə yaşayan azərbaycanlı uşaqlar, o cümlədən  2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi iştirak edib. Görüşdə iştirakçılar bütün dünya uşaqlarına sülh arzu etdiklərini, torpaqlarımızın işğaldan azad edilməsi ilə qürurlandıqlarını qeyd edib və Azərbaycanın tarixi qələbəsi münasibətilə təbriklərini ifadə ediblər.

Təhsil naziri ilin yekunları ilə bağlı İctimai Şura ilə görüşüb

Dekabrın 29-da təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə onlayn formatda görüş keçirib. İlin yekunlarına həsr olunmuş görüşdə təhsil naziri əvvəlcə Şura üzvlərini Vətən müharibəsində əldə edilmiş qələbə münasibətilə təbrik edib və bunun dövlətimizin inkişafı üçün çox  əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Emin Əmrullayev işğaldan azad edilmiş torpaqlarımızda növbəti il üçün təhsil istiqamətində əhəmiyyətli işlərin planlaşdırıldığını qeyd edib. Nazir eyni zamanda Şura üzvləri ilə 2021-ci ildə nazirlik tərəfindən planlaşdırılan fəaliyyətlər barədə də fikirlərini bölüşüb. İctimai Şura sədri Şahlar Əsgərov da öz növbəsində qələbə münasibətilə təbriklərə qoşulub və 2021-ci ildə təhsil sahəsində böyük dəyişikliklər ili olacağına inamını qeyd edib.  Görüşdə iştirak edən təhsil nazirinin müşaviri Elnur Nəsibov, Şura üzvləri Etibar Əliyev, Asif Cahangirov, Nadir İsrafilov, İlqar Orucov, Mirzə Cəfərzadə və Mais Əliyev 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə həyata keçirilməsi zəruri olan fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar. Görüşdə Şura üzvləri nazirliyin 2020-ci ildə həyata keçirdiyi islahatlar barədə məlumatlandırılıb və bu işlərin mütəmadi olaraq ictimaiyyətə təqdim edilməsinin,  eləcə də işğaldan azad edilmiş ərazilərdə təhsilin yenidən təşkili məsələlərində ictimaiyyətin də fəal iştirakının vacibliyi vurğulanıb.  Sonda təhsil naziri İctimai Şura üzvlərini qarşıdan gələn 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb. Nazir 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək islahat və tədbirlərin icrasında İctimai Şura ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib. 

"Könüllülər ili"nə həsr olunmuş hesabat konfransı

Dekabrın 29-da “Könüllülər ili” adlı hesabat konfransı keçirilib. COVID-19 pandemiyası şəraitinə uyğun olaraq videokonfrans formatında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov gənclər siyasətinin ən uğurlu modellərindən birinin ölkəmizdə könüllülük hərəkatının yaranması olduğunu xüsusi vurğulayıb. Nazir müavini bildirib ki, ölkəmizdə könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, hər bir bölgəyə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. Firudin Qurbanov könüllülük hərəkatının təhsil sisteminə müsbət təsir göstərdiyini də qeyd edib. Bildirib ki, tələbələrin bu hərəkata cəlb olunması onlarda aktiv həyat mövqeyi, vərdiş və bacarıqlarını inkişaf etdirir, biliklərini artırır, vətənpərvərlik ruhunu gücləndirir. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü proqramı barədə danışan nazir müavini deyib ki, bu hərəkatla tələbə-gənclərin həyat və fəaliyyətində yeni bir mərhələ başlayıb. Nazir müavini qeyd edib ki, yeni çağırışlar yalnız tələbə-könüllüləri deyil, bütün gəncləri qlobal çağırışlara adekvat fəaliyyət sahələri seçməyə, yüksək peşəkarlığa malik, rəqabətə davamlı mütəxəssis kimi yetişməyə, innovativ və yaradıcı fəaliyyətə səfərbər etməlidir. Pandemiya dövründə könüllülərin aktiv fəaliyyətini, onlar tərəfindən həyata keçirilən humanitar aksiyaları diqqətə çatdıran Firudin Qurbanov deyib ki, 100-dən çox BİR Könüllü “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində koronavirus pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə fəaliyyət göstəriblər. Eyni zamanda müxtəlif müddətlərdə keçirilən “Könüllü donor”, “Könüllü qonşu”, “Gələcəyimizi qoruyaq!” aksiyalarında yüzlərlə BİR Könüllü fəal iştirak edərək pandemiya dövründə əhalinin maarifləndirilməsi istiqamətində görülən işlərə töhfə verib. Vətən Müharibəsi dövründə Azərbaycan könüllüləri fəal iştirak edib, cəbhə ilə yanaşı informasiya müharibəsində də düşmənə layiqli cavab veriblər.  Nazir müavini çıxışının sonunda ölkədə könüllülük hərəkatına töhfə vermiş hər kəsə minnətdarlığını bildirib və konfransın işinə uğurlar arzulayıb. Daha sonra çıxış edən  gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin Seyidzadə və konkfransda iştirak edən könüllülər çıxış ediblər. Konfransda könüllülər ili ərzində görülmüş işlərə dair videoçarx da nümayiş olunub.

2020-ci təqvim ili rəqəmlərdə - Müəllimlər üçün təlimlər

Pandemiya dövründə müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsilalanların motivasiyasının artırılması istiqamətində "Virtual məktəb” layihəsi çərçivəsində 25 min müəllim üçün onlayn təlimlər təşkil edilib.

Şagirdlərin məktəbdənkənar fəaliyyət üzrə iştirakı təmin olunub

2020-2021-ci tədris ilinin dekabr ayı ərzində Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri tərəfindən onlayn formatda təşkil olunan dərslərdə 25 233 qrup və dərnək üzvlərinin, 1 533 pedaqoji heyətin iştirakı təmin olunub. Dərslərə “Təhsil” Respublika İdman Mərkəzinin strukturuna daxil olan 17 uşaq-gənclər idman-şahmat məktəbi üzrə müxtəlif idman növlərində 15 766 məktəbli, 960 məşqçi-müəllim, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, “Vətən” İdman Liseyi, Bakı şəhəri 1 nömrəli İdman Liseyi, Gəncə şəhəri İdman Liseyi üzrə 2 898 məktəbli, 165 məşqçi-müəllim, həmçinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 1, 2, 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərindən 100-dən çox müxtəlif dərnək üzrə 6 569 şagird, 408 dərnək rəhbəri cəlb edilib. Məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərin təşkilində əsas məqsəd məktəblilərin ev şəraitində asudə vaxtının səmərəli keçirilməsinə nail olmaq, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarınının inkişaf etdirilməsindən ibarətdir. Onlayn dərslər çərçivəsində məşqçi-müəllimlər uşaqların fiziki sağlamlıqlarının təmin edilməsi üçün məşq prosesi, dərnək rəhbərləri isə onların yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün müxtəlif dərnəklər - rəqs, rəsm, bədii qiraət, biçmə-tikmə və digər sahələr üzrə dərslər təşkil edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq imkanı yaradırlar. Bundan əlavə, onlayn dərslərlə yanaşı Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət”  telekanalında həftəiçi yayımlanan "Dərs vaxtı" proqramı çərçivəsində məktəbdənkənar fəaliyyət, futbol və futzal idman növləri üzrə ustad dərsləri yayımlanır. Qeyd edək ki, cari il ərzində ümumilikdə 45 mindən çox məktəblinin və 3 mindən çox pedaqoji heyətin məktəbdənkənar təhsil sahəsi üzrə onlayn dərslərdə iştirakı təmin edilib.

2020-ci təqvim ili rəqəmlərdə - Məktəbdənkənar fəaliyyət

Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün dərs cədvəlinə uyğun olaraq start verilən onlayn dərslərdə 27 idman növü və 103 dərnək üzrə 25 min nəfərə yaxın qrup və dərnək üzvü, 1500-dən çox müəllim iştirak edib. 

"Dərs vaxtı"nın 30 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 30-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil naziri xaricdə akademik fəaliyyətlə məşğul olan bir qrup soydaşımızla virtual görüşüb

Təhsil naziri Emin Əmrullayev “Həmrəylik Günü” və “Vətən müharibəsi”ndəki qələbə münasibəti ilə xaricdə akademik fəaliyyətlə məşğul olan, dünyanın aparıcı universitetlərində çalışan bir qrup həmyerlimizlə virtual şəkildə görüş keçirib. Görüşün əsas məqsədi xaricdə akademik fəaliyyətlə məşğul olan soydaşlarımızın ölkəmizdə təhsil sahəsinin inkişafı ilə bağlı təkliflərini dəyərləndirmək, eyni zamanda bu sahədə aparılan islahat və görüləcək işlər barəsində həmyerlilərimizi məlumatlandırmaqla yanaşı, onların bu prosesə fərdi töhfəsini müəyyən etməkdən ibarət olub. Görüşdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, dünyanın qabaqcıl xarici ali təhsil müəssisələrində elmi araşdırma ilə məşğul olan məzunlar, eyni zamanda digər təqaüd proqramları və ya şəxsi vəsaiti hesabına xaricdə təhsil almış və hazırda xarici ali təhsil müəssisələrində akademik heyətdə təmsil olunan şəxslərin bir qismi iştirak edib. Tədbir iştirakçıları ölkəmizdə elm və təhsilin inkişafı üçün xarici təcrübədən yararlanmaq məqsədi ilə fikir mübadiləsi aparıb, ali təhsil müəssisələrində tədris və tədqiqatın inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər. Sonda təhsil naziri Emin Əmrullayev görüş iştirakçılarını  Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsi və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, hər birinə  uğurlar arzulayıb. Qeyd edilib ki, görüşdə səsləndirilən təkliflərin aidiyyəti üzrə dəyərləndirilməsindən sonra xaricdə akademik müstəvidə təmsil olunan soydaşlarımızın tədris, təlim və tədqiqat imkanları üzrə töhfəsi nəzərdən keçiriləcək və ictimaiyyətə müvafiq şəkildə məlumat veriləcək.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır