• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Dərs vaxtı" proqramında "Virtual məktəb" dərsləri

Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərslərinin yayımına start veriləcək. Dərslərdə "Virtual məktəb"lə bağlı müraciətlər təhlil edilərək, ən çox verilən suallar cavablandırılacaq və platformadan səmərəli istifadə ilə bağlı təlimatlar təqdim olunacaq. Həftədə iki dəfə yayımlanacaq dərslərin efir vaxtı ilə “Dərs vaxtı” proqramının gündəlik yayımlanan cədvəlində tanış ola bilərsiniz.

TIMSS 2019 nəticələri baxış bucağında

Azərbaycanlı şagirdlər TIMSS 2019 – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirməsində riyaziyyat üzrə 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu rəqəm TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artım deməkdir. Beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlər  Fransa, İspaniya, Yeni Zelandiya kimi  inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək nəticə göstəriblər, eyni zamanda Cənubi Qafqazda ən yüksək göstəriciyə nail olublar. Bununla bağlı tanınmış elm və təhsil adamlarının fikirlərini öyrəndik.    AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov: “Sevindirici haldır ki, şagirdlərimizin riyaziyyat fənni üzrə nəticələri Avropanın  bir sıra inkişaf etmiş ölkələrindən öndədir, Cənubi Qafqazda isə ən yaxşısıdır. Eyni zamanda təbiət fənlərində də bu nəticəyə çatmalıyıq”. Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı: “Düşünürəm ki, riyaziyyatdakı uğurlarımız digər elmlərdəki uğurlara çığırdır. Bu sahədə ancaq irəliyə baxmalıyıq”.   Türkiyənin İstanbul Texnik Universitetinin professoru Elimhan Mahmudov: “ Şagirdlərimizin riyaziyyat göstəricilərini təqdir edirəm və bunun gələcək illərdə digər beynəlxalq qiymərləndirmələrdə davam etməsini arzulayıram”.   Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev: “Şagirdlərimizin riyaziyyat üzrə nəticələri indiki halda bizə yeni baxış üçün imkan yaradır, eyni zamanda təbiət fənləri üzrə sistemli iş aparmağı qarşımıza məqsəd kimi qoyur.   Unutmayaq ki, XXI əsr həm də təbiət elmlərinin yeni kəşfləri ilə yadda qalacaq”.   ABŞ-ın Florida Texnologiya İnstitutunun professoru Uğur Abdulla: “58 ölkə arasında 28-ci mövqedə olmaq yaxşı nəticədir. Bu, orta məktəblərimizin aşağı siniflərində riyaziyyatın tədrisinin dünya orta standartlarına uyğun olması deməkdir”.      

Onlayn müsahibələrin keçiriləcəyi tarix şəxsi səhifələrə göndərilib

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix barədə məlumat göndərilib. Müsahibəyə qoşulmaq üçün keçid linki namizədlərin elektron poçt ünvanlarına göndəriləcək. Namizədlər eyni zamanda şəxsi səhifələrinə daxil olaraq videotəlimatla tanış ola bilərlər. Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə dekabrın 14-də start veriləcək. Onlayn müsahibələrdə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

"Qarabağın məşhur müəllimləri" - Fərhad Ağazadə

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist Fərhad Ağazadədir. 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olub. Azərbaycan mədəniyyət, ədəbiyyat, xüsusilə də dilçilik tarixinin görkəmli nümayəndəsi Fərhad Ağazadə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış maarif xadimi, pedaqoq və jurnalist olub. Fərhad Ağazadə 1900-cü ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra Xaldan, Şuşa, Gorus, Gəncə məktəblərində müəllim işləyib. 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirib, rus-müsəlman və "Səadət" məktəblərində çalışıb. Fərhad Ağazadə deyirdi: "Vətənin gələcəyi müəllimdən, məktəbdən asılıdır". Ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olub. Mirzə Fətəli Axundovdan sonra dilimizin saflığı və əlifbamızın islahı uğrunda mübarizə aparan ikinci böyük şəxsiyyət kimi səciyyələndirilir. "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri idi və məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. Fərhad Ağazadə proqram, dərslik tərtibi, savadsızlığın ləğvi sahəsində misilsiz xidmət göstərib. Azərbaycan dilinin orfoqrafiyası elmi şəkildə ilk dəfə Fərhad Ağazadə tərəfindən işlənib. Mətbuat və maarif tariximizin sütunlarından sayılan Fərhad Ağazadənin yazdığı dərsliklər, lüğətlər, kitablar bu gün də öz aktuallığını itirməyib. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

2021-2022-ci tədris ili üzrə Çində təqaüd proqramı

Çin Xalq Respublikası 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına sənəd qəbulu 6 yanvar 2021-ci il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

"Dərs vaxtı"nın 11 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 11-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

10 dekabr - Qələbə paradı

.

"Qarabağ Azərbaycandır!" onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib

"Qarabağ Azərbaycandır!" adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə rəsm işlərinin qəbulu dekabrın 15-dək davam edəcək. Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə müsabiqəyə respublikamızda və xarici ölkələrdə yaşayan 6-17 yaşlı uşaq və gənclər dəvət olunur. Eyni zamanda müəllimlər də müsabiqəyə qatıla bilərlər. İştirakçılar aşağıdakı şərtləri nəzərə almalıdırlar: - Müsabiqə 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) üzrə keçirilir; -  Ümumtəhsil və internat məktəbləri, uşaq-gənclər inkişaf mərkəzləri və digər təhsil müəssisələrindən hər yaş qrupu üzrə müsabiqəyə bir rəsm işi təqdim edə bilər; -  Rəsmlər maksimum A2 formatda olmalıdır; - Rəsmlərin işlənmə texnikası sərbəstdir (yağlı boya, akril, akvarel, quaş, rəngli karandaş,   flamaster, pastel təbaşir, tuş və s.); - Şərtlərə cavab verməyən işlər müsabiqədən kənarlaşdırılır; - Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, yaşadığı ölkənin və şəhərin adı Azərbaycan və ingilis əlifbası ilə qeyd olunmalıdır; - Rəsmlər elektron şəkildə müsabiqənin Təşkilat Komitəsinin (ugim-3@mk.edu.az) elektron ünvanına göndərilməlidir. Müsabiqə 3 mərhələdə keçirilir: I mərhələ – 18 noyabr - 15 dekabr 2020-ci il.  Müsabiqəyə qatılmaq istəyən iştirakçıların rəsm işlərinin qəbulu II mərhələ – 15-23 dekabr 2020-ci il. Rəsmlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçilməsi III mərhələ- 24-29 dekabr 2020-ci il. Müsabiqə qaliblərinin sosial şəbəkə vasitəsilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifəsində elan edilməsi və diplomların qaliblərin elektron ünvanlarına göndərilməsi. Müsabiqəyə təqdim olunan rəsmlər mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə bir iştirakçı "Qran-pri" mükafatına layiq görüləcək. Müsabiqə ilə bağlı əlavə suallarınız olarsa,  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifələrinə müraciət edə və +994 50 432 43 02, + 994 55 549 58 52 “WhatsApp” telefon nömrələri ilə əlaqə yarada bilərsiniz. Müsabiqə haqqında ətraflı məlumat Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  "Facebook"  və "İnstagram" səhifəsində təqdim olunub. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

"Dərs vaxtı"nın 10 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 10-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

14 dekabrda onlayn müsahibələrə başlanılır

14 dekabrdan etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Namizədlərin müraciəti əsasında məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Qeyd edək ki, ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, MS Teams platforması üzərindən keçiriləcək. Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək. Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər. Onlayn müsahibəyə dair videotəlimatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:     Bütün namizədlərə uğurlar arzu edirik!

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır