• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Növbəti tədris ilində Macarıstanda təqaüd proqramı barədə onlayn vebinar

4 dekabr saat 16:00-da 2021-2022-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanda təqaüd proqramına həsr olunmuş onlayn vebinar keçiriləcək. Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və Macarıstanın Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçiriləcək vebinarı nazirliyin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləmək mümkündür.

Prezident Azərbaycanda Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncamlara əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd ediləcək.   https://bit.ly/2JCU0xX   https://bit.ly/37CWmVy

Təhsil naziri rektorlarla onlayn görüşüb

Dekabrın 3-də təhsil naziri Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib. Görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri və bunun üçün mövcud resurslardan istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib. Həmçinin ölkəmizin əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, müxtəlif pillələrdə davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsində inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.

Peşə təhsili üzrə teledərslərin 4 dekabr cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 4 dekabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Onlayn dərs zamanı gözlərimizi necə qoruyaq?

Əziz şagirdlər, onlayn dərs zamanı ekran qarşısında olarkən gözünüzün sağlamlığı üçün hansı qaydalara əməl etməli olduğunuzu bilirsinizmi? Diqqət etməli olduğunuz qaydaları nəzərinizə çatdırırıq.  Biliyə yiyələnməklə yanaşı, gözlərinizi də qorumağı unutmayın!  

Sinqapur modelli dərsliklərin hazırlanması təhsilimizə töhfə verəcək

Dünyanın sürətlə inkişaf edən təhsil sistemlərində keyfiyyət dəyişikliklərinin əsasında dövrün reallıqlarına cavab verməyən tədris vəsaitləri və resurlarının yenilənməsi durur. Son illərdə dünyanın ən yaxşı təhsil sisteminə malik olan Sinqapurun bu sahədə əldə etdiyi nailiyyətlər də ciddi maraq doğurur. Azərbaycan Republikası Təhsil Nazirliyi də belə bir zəmində dərsliklərin təkmilləşdirilməsi istiqamətində Sinqapurla əməkdaşlığa geniş önəm verir. Və bu sahədə artıq ilkin addım atılıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. Azərbaycanın təhsil və elm ictimaiyyətinin tanınmış nümayəndələri Sinqapur modelli dərsliklərin hazırlanması təşəbbüsünə müsbət yanaşır və bu təklifin təhsilimizə töhfə verəcəyini söyləyirlər. Onlardan aldığımız rəylər də maraqlıdır. Professor Rafiq Əliyev deyir ki, PISA, TIMSS və PIRLS kimi ümumi təhsil üzrə aparılan tədqiqatların nəticəsindən yola çıxan Təhsil İnstitutu artıq ötən ildən təşəbbüsü ələ alaraq beynəlxalq standartlara cavab verən təhsil proqramları və dərsliklər hazırlamağa başlayıb. O,  təhsildə nailiyyətləri ilə fərqlənən Sinqapurla əməkdaşlıq çərçivəsində hazırlanacaq “Təbiət” dərsliyinin də ictimaiyyət və təhsil icması tərəfindən müsbət qarşılanacağına əminliyini ifadə edir.   Professor Hamlet İsaxanlının fikrincə, Təhsil institutunun təbiət elmləri və riyaziyyat üzrə təkmilləşdirəcəyi dərsliklər bu fənlərin tədrisinə yeni yanaşma gətirməklə bərabər şagirdlərimizin də PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarında daha yüksək nəticə göstərmələrinə səbəb olacaq: “Bu gün həmin tədqiqatlara texnologiya və sənayedə öz sözünü demiş Sinqapur, Koreya kimi ölkələr liderlik edir. Təhsil və iqtisadiyyat arasındakı korelasiyaya baxsaq, burada güclü təhsil ilə silahlanmış insan kapitalının əməyini rahatlıqla görmək olur”. Bakı Mühəndislik Universitetinin dosenti Elçin Süleymanov hesab edir ki, Sinqapur təhsil sistemi dünya reallıqlarına və hədəflərinə ən çevik reaksiya sərgiləmiş, Asiya regionunun ən təşəbbüskar, yenilikçi ölkəsidir: “Sinqapurlu şagirdlərin son illərdə beynəlxalq qiymətləndirmələrdə uğurlar qazanmasının bir amili də məktəb dərsliklərinin keyfiyyətli, müasir çağırışları tam ehtiva etməsidir. Bu mənada Təhsil Nazirliyinin dərsliklərin modernləşdirilməsi sahəsində təşəbbüsünü çox yüksək qiymətləndirirəm”.   AMEA-nın dosenti Əfsun Suçayev qeyd edir ki, son illərdə ümumtəhsil şagirdlərinin təbiət elmləri sahəsində biliklərinin inkişaf etdirilməsi zərurəti dünya təhsil sistemində bir trend halını alıb:” Məhz elmi nailiyyətlər ölkələrin rəqabət qabiliyyətliliyinin güclənməsinə xidmət edən güclü faktora çevrilib. Bu faktor Sinqapurun təhsil sistemində gördüyümüz uğurların əsasında dayanır. Bu uğurlar Sinqapuru dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahiblik edib. Buna görə də Təhsil Nazirliyinin təşəbbüsünü çox vacib və uğurlu hesab edirəm”.    

"Qarabağın məşhur müəllimləri" - Cabbar bəy Vəlibəyov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması görkəmli maarif xadimi Cabbar bəy Vəlibəyovdur. 1893-cü ildə Ağdamın I Baharlı kəndində anadan olub. Cabbar bəy Vəlibəyov 1913-cü ildə təhsilini başa vurub doğma kəndinə qayıtdıqdan sonra öz evində məktəb açaraq müəllimlik fəaliyyəti ilə məşğul olub. Dərs dediyi şagirdlərə ərəb və rus dilləri, tarix, riyaziyyat, Azərbaycan ədəbiyyatını öyrədirdi. Ehtiyacda olan yoxsulların dərsə marağını artırmaq məqsədilə onları məktəb ləvazimatı ilə təmin edən Cabbar bəy gördüyü işlər sayəsində I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoyub. Cabbar bəy Vəlibəyovun yaratdığı məktəbdə sonralar Azərbaycanın müxtəlif sahələrində mütəxəssis kimi fəaliyyət göstərən insanlar təhsil alıblar. Həyatıboyu müəllim adını şərəflə daşıyan Cabbar bəy Sovet hökuməti illərində Xalq Maarif Komissarlığının qərarı ilə I Baharlı kənd məktəbinin müdiri işləməklə yanaşı, pedaqoji fəaliyyətini Ağdamın Qiyaslı, Güllücə və başqa kəndlərində də davam etdirib. O, 1937-ci ilə kimi Ağdam rayonu I Baharlı kənd məktəbinin müdiri olub. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

"Dərs vaxtı"nın 3 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 3-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Virtual təhsilə dəstək" mövzusunda özəl və dövlət qurumları ilə görüş keçiriləcək

Ölkədə pandemiya dövründə təhsilin əlçatanlığını təmin etmək və təlim-tədris prosesini məsafədən təşkil etmək məqsədilə cari ilin 2 aprel tarixindən etibarən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsi həyata keçirilir. Layihə çərçivəsində hazırda platformada ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Layihənin əhatə dairəsi və təhsil imkanları hər gün genişlənsə də, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən uşaqlar distant tədrisə qoşula bilmirlər. Qeyd olunan problemlərin qismən aradan qaldırılması məqsədi ilə Təhsil Nazirliyi özəl və digər dövlət qurumları ilə mütəmadi olaraq əməkdaşlıq edir. Bu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və  “Virtual məktəb” layihəsinə dəstəyin təşviqi məqsədi ilə 4 dekabr tarixində geniş formatda onlayn görüş təşkil olunacaq. Görüşdə iştirak etmək istəyən qurumlardan əlaqələndirici şəxslə (Səbinə Hacızadə, sabina.hajizade@tsii.edu.az) əlaqə saxlamaları xahiş olunur.

Onlayn müsahibə mərhələsinə start verilir

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Namizədlər dekabrın 4-dən onlayn müsahibələrdə iştirak etmək üçün şəxsi səhifələrində təlimatla tanış ola bilərlər.  6 dekabr saat 23:59-dək isə elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır