"Dərs vaxtı"nın 24 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 24-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
24/11/2020 08:08
"Virtual təhsilə dəstək" layihəsi
Təhsil Nazirliyinin "Virtual məktəb" üzrə dəstək çağırışlarına qoşulan “Enginet” şirkəti tərəfindən “Virtual təhsilə dəstək” layihəsinə start verilib. “Virtual təhsilə dəstək” layihəsinin məqsədi pandemiya dövründə təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir. Layihə çərçivəsində təhsil işçiləri ödənişsiz olaraq iki ay ərzində 30 MB/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar. Bununla yanaşı, təqdim edilən xüsusi tarif vasitəsilə müəllimlər pulsuz mobil nömrə əldə edərək, güzəştli rabitə və internet imkanlardan faydalana bilərlər. Təqdim olunan bütün üstünlük və güzəştlərdən yararlanmaq və “Virtual təhsilə dəstək” layihəsinə qoşulmaq istəyən müəllimlər *1199 nömrəsinə zəng edərək və ya www.birlink.az saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, layihə “Enginet” şirkətinin təşkilatçılığı ilə “Bakcell”, “Azedunet”, “Microsoft Azərbaycan”, “Smart Electronics” şirkətləri və Təhsidə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
23/11/2020 17:21
"Xarıbülbül" onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilib
Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə cari ilin 23 noyabr - 15 dekabr tarixlərini əhatə edən uşaq-gənclər inkişaf mərkəzləri arasında “Xarıbülbül” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilib. Müsabiqənin keçirilməsində məqsəd təhsilalanlara ölkəmizin tarixini daha dərindən mənimsətmək, onlarda vətənə məhəbbət və sədaqət hisslərini aşılamaq, istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir. Onlayn platformada təşkil olunan müsabiqə şeir və mahnı nominasiyaları üzrə 2 yaş qrupunda (7-13 yaş, 14-20 yaş) keçirilir. İştirakçılar yalnız 1 nominasiya üzrə müsabiqəyə qatıla bilərlər. Hər iki nominasiya üzrə ifa müddəti 3 dəqiqədən çox olmamalıdır. Müsabiqəyə şeir nominasiyası üzrə Azərbaycan şairlərinin vətənpərvərlik mövzusunda yazdığı şeirlə və ya şagirdin öz yazdığı şeirlə qatılmaq mümkündür. Mahnı nominasiyası üzrə xalq mahnıları və Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda yazdığı mahnılar təqdim oluna, mahnı minusla və ya akopella ilə oxuna bilər. Müsabiqədə iştirak etmək istəyən iştirakçılar özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu müəssisə, şəhər, rayon, əlaqə nömrəsi) və nominasiyalar üzrə hazırladıqları video görüntüləri grbye@mk.edu.az elektron ünvanına və ya +994 55 539 55 22 “WhatsApp” telefon nömrəsinə göndərməlidir. Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar. Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar +994 12 568 42 19, +994 55 539 55 22 və +994 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.
23/11/2020 17:05
"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib
Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 23 noyabr - 20 dekabr tarixlərini əhatə edən “Zəfər tariximiz” adlı onlayn respublika intellektual yarışmasına start verilib. İntellektual yarışmanın keçirilməsində məqsəd gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini təbliğ etmək, uşaq və gənclərin intellektual qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil edilən yarışma Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında 3 mərhələ və 11-13 yaş üzrə keçirilir: I mərhələ: 23 noyabr-1 dekabr 2020-ci il. Qeydiyyat üçün uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçıları haqqında olan ümumi məlumatın 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron ünvanına (ugim-2@mk.edu.az) göndərilməsi; II mərhələ: 1-15 dekabr 2020-ci il. 3 nəfər olmaqla komandalara bölünən iştirakçıların təyin olunmuş vaxtlarda ZOOM proqramı vasitəsilə yarışı; III mərhələ: 15-20 dekabr 2020-ci il. İntellektual yarışmanın qaliblərinin münsiflər heyəti tərəfindən seçilməsi. Yarışmanın qalibləri Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook " səhifəsinə və +994 50 529 88 09 , +994 50 677 80 31 nömrələrinə müraciət edə bilərlər.
23/11/2020 16:18
Peşə təhsili üzrə teledərslərin 24 noyabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 24 noyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
23/11/2020 15:52
5 754 809 dərs "Virtual məktəb"də
Davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”dən faydalananların sayı artır. Belə ki, 15-21 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 285 399, müəllimlərin sayı 123 029, aktiv istifadəçilərin sayı 861 403 nəfər, həftə ərzində keçirilmiş dərslərin sayı isə 5 754 809 olub.
23/11/2020 14:46
Dünyaca məşhur alim Əziz Sancardan 3 yaşlı Xədicənin təhsilinə dəstək
Kimya üzrə Nobel mükafatçısı, Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancar Ermənistanın oktyabrın 17-də Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini və bacısını itirmiş 3 yaşlı Xədicə Şahnəzərlinin gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb. Əziz Sancar müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.
23/11/2020 12:50
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
Macarıstan 2021-2022-ci tədris ili üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub. Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2021-ci il saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
23/11/2020 12:23
"Qarabağın məşhur müəllimləri" - Səfərəli bəy Vəlibəyov
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Səfərəli bəy Vəlibəyovdur. O,1861-ci ildə Şuşada anadan olub. 1881-ci ildə Qori Müəllimlər Seminariyasını bitirən Səfərəli bəy müəllim kimi burada fəaliyyətə başlayıb və 1896-cı ilə qədər seminariyada işləyib. O, Qori Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlı gəncdən biri olub. Ömrünün təxminən 20 ilini pedaqoji işə sərf edib, onlarla istedadlı gənc yetişdirib. Tətil zamanı Şuşaya dincəlməyə gələrkən burada uşaqlara pulsuz dərs deyib, onları orta və ali məktəblərə daxil olmaq üçün hazırlayıb. XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyalıların Ana dili məktəbi yaratmaq cəhdləri get-gedə artır. Belə məktəblərdən biri 1883-cü ildə Şuşada Səfərəli bəy tərəfindən açılıb. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyub. Səfərəli bəy 1896-cı ildə Qoridən Bakıya köçüb. Burada iki il müəllimlik edib. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov kimi görkəmli şəxsiyyətlər ibtidai təhsillərini ondan alıblar. Səfərəli bəy müasirləri arasında təkcə yaxşı müəllim kimi tanınmamışdı. O, həm də görkəmli maarif xadimi, ustad metodist, bacarıqlı tərcüməçi və hərtərəfli biliyə malik alim kimi şöhrət qazanmışdı. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
23/11/2020 12:17
"Dərs vaxtı"nın 23 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 23-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
23/11/2020 07:24
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More