• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2020-2021-ci tədris ili üzrə 809 nəfər SABAH tələbəsi adını qazanıb

2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb. Sözügedən qruplara tələbə seçimi mərkəzləşdirilmiş qaydada üç mərhələdən (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarət olmaqla müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak üçün ümumilikdə 1984 tələbə müraciət edib, onlardan 1883 nəfəri test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən avqust ayında pandemiya şəraitinin tələblərinə uyğun keçirilmiş imtahanda 1864 tələbə iştirak edib. 2 gün ərzində 29 ixtisas üzrə test imtahanı mərhələsini uğurla keçən 1198 tələbə üçün onlayn müsahibə təşkil edilib. Müsabiqənin nəticələrinə əsasən, 809 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb. Qeyd edək ki, 2020-2021-ci tədris ili üçün SABAH qruplarında yeni ixtisaslar açılıb, ingilis dilində tədris olunan qrupların sayı artırılıb. Belə ki, artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında tədris tamamilə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə bir çox ixtisaslarda ingilis dilində aparılır.

Azərbaycan şagirdləri düşmən hədəfində

.

"Dərs vaxtı"nın 13 oktyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 13-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.  

12 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

I kurs tələbələrinin qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə 2020-2021-ci tədris ilində qəbul olunmuş tələbələr 14 oktyabr saat 17:00-dək Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.    Tələbələrin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatının aparılması üçün qeyd edilən müddətədək https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur. Məlumat üçün bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəsilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır.

Düşmənin hədəf aldığı uşaqlar

Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla 35 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif təyinatlı obyektlərə, o cümlədən məktəb binalarına ziyan dəyib. Yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir. Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və  Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.

Əlavə yerləşdirmə üzrə namizədlərin qeydiyyatı başa çatır

Oktyabrın 12-də müəllimlərin işə qəbulu üzrə növbəti yerləşdirmənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlərin qeydiyyatı başa çatır. Namizədlər bu gün saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd olunan vaxtadək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar. Qeyd edək ki, sözügedən mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb və 730 nəfər namizəd vakant yer tutub.

"Dərs vaxtı"nın 12 oktyabr cədvəli

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 12-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.  

10 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

Ali təhsil müəssisələrindən Azərbaycan Ordusuna dəstək

Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələri  tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna  658 352 manat məbləğində vəsait köçürülüb. Bakı Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Ağcabədi və Şəki filialları bu təşəbbüsə qoşulublar. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat pul ayırılmışdır. Bundan başqa, Təhsil Nazirliyinin əməkdaşları arasında hazırda düşmən hücumu nəticəsində zərər çəkmiş bölgələrə və mülki əhaliyə zəruri yardımın göstərilməsi məqsədilə könüllü yardım kampaniyası başladılıb. Zəfər sənindir, Azərbaycan əsgəri!

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır