Video dərslər portalı ilə təhsilin əlçatanlığı
Video dərslər portalı (www.video.edu.az) interaktiv texnologiyalar tətbiq etməklə təhsil almaq imkanlarını genişləndirir. Hazırda portalda ümumi və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli dərslər olmaqla, ümumilikdə 4528 ədəd video dərs mövcuddur. Portalda 2020-ci il üzrə aktiv istifadəçi sayı 456 min və ümumi baxış sayı isə 6.5 milyonu əhatə edib. Ən çox izlənən video dərslər III sinif üzrə 142 min, IV sinif üzrə 156 min, V sinif üzrə 125 min dəfə təşkil edib.
15/01/2021 09:14
Macarıstan təqaüd proqramına müraciət vaxtı yekunlaşır
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstan təqaüd proqramına sənəd qəbulu bu gün başa çatır. Proqrama müraciət müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək davam edəcək. Qeyd edək ki, namizədlərin Macarıstan tərəfinin elektron ərizə sistemi ilə yanaşı, Azərbaycan tərəfinin də elektron ərizə sistemində (app.htp.edu.az) qeydiyyatdan keçməsi mütləqdir. Sənəd qəbulu barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
15/01/2021 08:53
"Dərs vaxtı"nın 15 yanvar cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 15-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
15/01/2021 08:02
Peşə təhsili üzrə teledərslərin 15 yanvar cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 15 yanvar tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
14/01/2021 18:18
Macarıstan təqaüd proqramına müraciət müddəti sabah bitir
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstan təqaüd proqramına sənəd qəbulu davam edir. Proqrama son müraciət tarixi 15 yanvar 2021-ci il saat 23:59 təyin edilib. Qeyd edək ki, namizədlərin Macarıstan tərəfinin elektron ərizə sistemi ilə yanaşı, Azərbaycan tərəfinin də elektron ərizə sistemində (app.htp.edu.az) qeydiyyatdan keçməsi mütləqdir. Sənəd qəbulu barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
14/01/2021 14:53
Türkiyə məktəblilərindən Azərbaycan əsgərinə mənəvi dəstək
Türkiyə Respublikasının Qaradəniz bölgəsinin Samsun ilinin Canik Koçatepe ilkokulunun müəllim və şagirdləri Azərbaycan əsgərlərinə məktub və hədiyyələr göndərməklə onlara mənəvi dəstəklərini ifadə ediblər. Layihənin müəllifi olan 2 C sinif müəllimi Saadet Tığlı məktubunda Azərbaycan və Türkiyə qardaşlığını xüsusi vurğulayıb. Bildirib ki, Türkiyə xalqı olaraq hər zaman Azərbaycan Ordusunun yanındadırlar. Saadet Tığlı məktubunda Azərbaycanın qalib əsgərlərinin qəhrəmanlıqlarını yaxından izlədiklərini, onlarla fəxr etdiklərini qeyd edib. Şagirdlərdən Asya Bahar Konaçoğlu, Eymen Efe Keskin, Meryem Qaradəniz, Buse Aşçı, Berat Dura, Zeynəb Kaya, Alpərən Çürtük, Mikail Duyku, Berk Artul və digərləri məktublarında “Biz bir millət, iki dövlətik!”, “Biz iki ordu, bir gücük!”, “Sizin kimi qəhrəman əsgəri böyüdən anaların əllərindən öpürük”, “Dualarımız həmişə sizinlədir” kimi sözlər qeyd edilib. Hər məktubda Azərbaycan və Türkiyənin dövlət bayraqlarının təsviri əsgərlərdə qürur hissi oyadıb. Uşaqların hazırladıqları videolar böyük maraqla izlənilib. Hərbi qulluqçular samsunlu məktəblilərin bu nəcib, xeyirxah təşəbbüsünü yüksək dəyərləndirərək onlara minnətdarlıq dolu məktub ünvanlayıb, xatirə hədiyyələri göndəriblər.
14/01/2021 11:38
"2007-2015 Dövlət Proqramı" məzununun təlimi
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə təlimlər keçirilir. 15 yanvar saat 17:00-da baş tutacaq təlim proqramı “Marketinqin əsasları” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Koreya Respublikasının “Korea Advanced Institute of Science and Technology”( KAIST) universitetinin bakalavriat səviyyəsi üzrə məzunu Səyyarə Hüseynovadır. Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə https://bit.ly/2LKuyXY qeydiyyatdan keçmək mümkündür. Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
14/01/2021 09:38
Tarix fənni üzrə "Qələbə dərsləri"
Təhsil Nazirliyi tərəfindən "Qələbə dərsləri" silsiləsindən mövzuların təqdimatı davam edir. Budəfəki mövzular tarix fənnindəndir. Tarix fənnindən V-VIII, IX-XI siniflər üzrə uyğun materiallar artıq tərtib edilib və müəllimlərin istifadəsi üçün Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin ( ARTİ TİPİM) rəsmi səhifəsində yerləşdirilib. Digər fənlər üzrə də mövzular hazır olduqca həmin səhifədə paylaşılacaq. Müəllimlərdən bu materiallardan distant dərslərdə fəal istifadə etmək, öz qeydlərini və şagirdlərinin reaksiyaları barədə məlumatı ARTİ TİPİM-ə bildirmək xahiş olunur. Mövzularla qeyd edilən linkə (http://www.tipii.edu.az/az/article/620-quot-qalaba-darslari-quot-silsilasindan-tarix-fanni-uzra-movzular) daxil olaraq tanış ola bilərsiniz. Qeyd edək ki, Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri "Qələbə dərsləri" adlı könüllü layihəyə qoşulublar. Layihənin icrasında müxtəlif nəşriyyatlar da yaxından iştirak edir. Layihə çərçivəsində hər fənnin məzmununa üzvi şəkildə inikas olunmuş mövzular müvafiq siniflər üzrə distant dərs zamanı istifadə edilir.
14/01/2021 09:08
"Dərs vaxtı"nın 14 yanvar cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 14-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
14/01/2021 08:23
Beynəlxalq olimpiadadan 15 medal
7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadası (IZhO) keçirilib. Azərbaycan məktəbliləri bu olimpiadada uğurla çıxış edərək 5 gümüş, 10 bürünc medal olmaqla, ümumilikdə 15 medal qazanıblar. Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fidan Qarayeva, həmin liseyin 10-cu sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Yusif Qasımov gümüş medal, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emil Xəlilov və Muhamed Nuriyev, eləcə də Bakı şəhəri 72 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Cavad İsmayılzadə, Bakı şəhəri 117 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb. Fizika fənni üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi Murad Bəşirov gümüş, həmin gimnaziyanın 11-ci sinif şagirdi Sirac Yəhyazadə və Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa liseyinin 10-cu sinif şagirdi Fəxriyyə Məmmədova, həmçinin Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 11-ci sinif şagirdi Ayhan Süleymanzadə bürünc medala layiq görülüb. İnformatika fənni üzrə isə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
13/01/2021 18:13
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
4 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
4 il əvvəl -
Bildiriş
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More