• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Dərs vaxtı"nda "Nizami dərsləri"

Növbəti həftədən etibarən "Dərs vaxtı" proqramı çərçivəsində "Nizami dərsləri" yayımlanacaq.  "Nizami Gəncəvi ili" ilə əlaqədar yayımı nəzərdə tutulan "Nizami dərsləri" çərçivəsində şagirdlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış ola biləcəklər. Qeyd edək ki, "Dərs vaxtı" proqramı Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanır.   “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.  

"Virtual məktəb"də şagirdlərə ev tapşırıqları necə təyin edilir? - Videotəlimat

Ölkənin ən iri milli platforması olan “Virtual məktəb” də şagirdlər üçün ev tapşırıqlarının təyin edilməsi ilə bağlı videotəlimatı diqqətinizə çatdırırıq.  

"Virtual məktəb"də təqvim cədvəlləri yenilənir

2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar, yanvar ayının sonunda “Virtual məktəb”də müəllim və şagird təqvimləri yenilənəcək. Belə ki, təqvimlər yeniləndiyi tarixdən sonrakı bütün tədbirlər silinəcək Məqsəd platformada təqvim yüklülüyünün azaldılması və nəticədə istifadə rahatlılığının artırılmasıdır. Fevral ayından etibarən təqvimin düzgün idarəedilməsi məqsədi ilə müəllimlərdən dərs görüşlərini yaradarkən ümumi və regional qrupları deyil, tədris etdikləri sinfin müvafiq fənn kanalını seçdiklərindən əmin olmaları xahiş olunur. Həmçinin, dərs görüşləri məktəb rəhbərliyi və ya sinif rəhbəri tərəfindən deyil, fənn müəllimi tərəfindən yaradılmalıdır.

Peşə təhsili alanlar ilk dəfə olaraq ixtisas dərslikləri ilə təmin ediləcək

2020-2021-ci tədris ilində peşə təhsili istiqamətində ilkə imza atılıb. Belə ki, ilk dəfə olaraq ixtisaslar üzrə dərsliklərin çap edilməsinə başlanılıb. Məqsəd peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılmasıdır. İlkin mərhələdə 96 adda ixtisas dərsliyinin nəşri planlaşdırılır. Ümumilikdə, peşə təhsili müəssisələri üçün cari tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı planlaşdırılır.     Nəşr edilən və peşə təhsili müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil istismarı sahələrini əhatə edir. Qeyd edək ki, ixtisas dərslikləri ilə yanaşı, bütün ixtisas qrupları üzrə tədrisi nəzərdə tutulan baza modullarına dair bilikləri özündə əks etdirən dərsliklərin çapı da yekunlaşdırılıb. Çap edilən dərsliklər turizm istiqaməti üzrə “Turizm təşkilatçısı”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana inzibatçısı”, kənd təsərrüfatı istiqaməti üzrə “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi”, Heyvandarlıq mütəxəssisi”, iaşə və xidmət istiqaməti üzrə isə “Geyim üzrə dizayner”, “Dərzi” və bu kimi digər ixtisasları əhatə edir. Ötən ildən etibarən ümumtəhsil bazasından qəbul mümkün olan və orta təhsil fənlərinin tədrisi aparılan peşə təhsili müəssisələrinə ümumtəhsil fənləri üzrə dərsliklərin çapına da başlanılıb. Ümumtəhsil fənləri üzrə 26 adda dərslik olmaqla, ümumilikdə 99 622 ədəd dərsliyin peşə təhsili müəssisələrinə paylanılması yekunlaşmaq üzrədir. Növbəti tədris ilində peşə təhsili üzrə dərslik təchizatının daha da genişləndirilməsi nəzərdə tutulur. Çapı və paylanılması nəzərdə tutulan ixtisas dərsliklərinin sayının artırılması ilə yanaşı, yeni ixtisas dərsliklərinin də çapı prioritetlər sırasındadır.

"Dərs vaxtı"nın 13 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 13-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Tələbələrin köçürülməsi prosesinə start verilir

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə  həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.   Tələbələrin köçürülməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları ​

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi cari tədris ilində

2020-2021-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilib. Ümumi sayı 500-ə çatan bu qruplardakı 9207 nəfər 3-4 yaşlı uşaqlarla 486 tərbiyəçi-müəllim çalışır. Qeyd edək ki, cari tədris ilindən layihənin rəsmi saytı (www.icmalayihesi.edu.az) istifadəyə verilib. Saytda layihə, keçirilən təlimlər, müəllim və uşaqların qəbulu, məktəbəqədər təhsil barəsində ətraflı məlumatlar yer alır. Layihənin  rəsmi “Facebook” səhifəsi də (https://www.facebook.com/ieutm) aktivdir. Eləcə də, layihə çərçivəsində valideynlərin uşaqların məktəbəqədər dövrünə dair müxtəlif mövzularda maarifləndirilməsi məqsədilə “ilk5il” internet səhifəsi  və mobil tətbiqi də fəaliyyət göstərir. Bu qruplarda çalışan tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi üçün 21 mentor çalışır. Mentorlar sözügedən qruplarda tədris prosesi ilə yaxından tanış olur və tərbiyəçi-müəllimlərə lazımi dəstək göstərirlər. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir. İndiyədək təşkil edilən vebinar və videotəlimlər əsasən “Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi”, “Tərbiyəçilərlə valideynlər arasında ünsiyyətin xüsusiyyətləri”, “Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası”, “Uşaqlarda erkən inkişafın qiymətləndirilməsi”, “Uşaqlarda düzgün oxu vərdişləri necə formalaşdırılmalıdır?” və digər bu kimi mövzuları əhatə edib.

2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı

Türkiyə Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqrama sənəd qəbulu üçün son müraciət tarixi 20 fevral 2021-ci ildir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

"Dərs vaxtı"nın 12 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 12-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Təhsil naziri ICESCO-nun Baş direktoru ilə görüşüb

Yanvarın 11-də təhsil naziri Emin Əmrullayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Mohammed Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ICESCO ilə təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantı çərçivəsində ümumilikdə 51 nəfərin ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanması qeyd olunub. Nazir həmçinin ötən ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını qonaqların diqqətinə çatdırıb. Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb. Qeyd edək ki, Azərbaycana rəsmi səfəri çərçivəsində cənab Əl-Malikin işğaldan azad olunan ərazilərə səfər etməsi nəzərdə tutulur.  

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır